İnkişaf etməkdə olan ölkələrdə pandemiya təsiri - MÜTƏXƏSSİS
"Planetimizdə demək olar ki, pandemiyanın mənfi təsirini hiss etməyən ölkə yoxdur. Beynəlxalq Valyuta Fondu (BVF) bu il 170 ölkədə iqtisadi fəallığın azalacağını gözləyir. Bu da həmin ölkələrdə orta yaşayış səviyyəsinin aşağı düşməsi deməkdir".
TED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı deyib.
Analitik bildirib ki, pandemiya inkişaf etməkdə olan ölkələrə bir neçə fərqli yollarla öz təsirini göstərir: "Bunlardan biri əmtəələrin qiymətlərinin kəskin şəkildə aşağı düşməsidir. Başqa sözlə, bu ölkələrin çoxu sənaye mallarının ixracatçısıdır. Özünütəcrid tələbləri nəticəsində də, dünyadakı bir çox istehsal və sənaye müəssisələrinin bağlanması, o mallara tələbatın az olması ilə nəticələnir ki, buna görə bəzi hallarda əmtəə qiymətləri sürətlə aşağı düşür. Pandemiyanın əmtəə bazarlarına tam təsiri onun ağırlıq dərəcəsindən, davam edəcəyi müddətdən, dünya birliyinin strateji cavab üsulundan asılı olacaq. Böhran vəziyyətinin yaratdığı təsirlər xüsusilə nəqliyyat ilə əlaqəli əmtəə malları üçün olduqca kritik olub. Neftin qiyməti buna ən bariz nümunədir. Həmçinin 2019-cu ilə nisbətən 2020-ci ildə təbii qaz və kömür də daxil olmaqla enerji qiymətlərinin orta hesabla 40 faiz aşağı olacağı gözlənilir. Digər əmtəə mallarında da, qiymətlərdə kəskin azalması yaşanıb. Məsələn, mis indi yanvar ayının ortalarına nisbətən təxminən 18 faiz ucuzdur və ya sinkin qiyməti 20 faizdən çox aşağı düşüb. Bu qiymətlərin düşməsi həmin məhsulları ixrac edən ölkələrdəki müəssisələrə və dövlət gəlirlərinə ziyan vurur".
"Lakin pandemiya dövründə kənd təsərrüfatı mallarına daha az ziyan dəyib. Məlum məsələdir ki, insanlar istənilən fövqəladə vəziyyətə baxmayaraq, gündəlik qida tələbatını ödəmək məcburiyyətindədirlər. COVID-19 pandemiyasının əmtəə bazarlarına təsiri uzunmüddətli dəyişikliklərə səbəb ola bilər. Ölkə sərhədlərində əlavə təhlükəsizlilk tələbləri səbəbindən nəqliyyat xərcləri yüksələ bilər. Ticarət xərclərinin daha da artması, xüsusilə kənd təsərrüfatına, qida və tekstil məhsullarına təsir edəcəkdir. Aşağı gəlirli ölkələr bu vəziyyətdə xüsusilə həssas olur. Məsələn, əksər Afrika ölkələrində əhalinin beşdə biri artıq qida çatışmazlığından əziyyət çəkir. Bəzi qeyri-ərzaq mal növlərinə təlabatda da azalma müşahidə olunur. Dünya Bankının məlumatına əsasən Keniyanın gül ixracı səyahət məhdudiyyətlərindən sonra 80 faiz azalıb", - deyə Nərmin Kazımlı qeyd edib.
Zeynəb ƏKBƏR
KORONAVİRUS bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











