AZ

Xiaomi 6G mobil şəbəkəsini sınaqdan keçirir

62286fd209fd9da30a49729377fe4ba9.jpg
28.05.2020 17:10

Xiaomi şirkətinin qurucusu və icraçı direktoru Lei Jun kompaniyasının 6G mobil şəbəkələrini sınaqdan keçirtməyə başladığını bildirib.

 

TED.az xəbər verir ki, onun sözlərinə görə, Xiaomi yeni nəsil mobil rabitəni mənimsəməkdə son dərəcə maraqlıdır. 

 

Şirkət rəhbəri aparılan testlərlə bağlı hansısa bir detalı bölüşməyib. O, sadəcə Xiaomi-nin 6G şəbəkələrini araşdırmağa başladığını qeyd edib. 

 

Bundan əlavə, şirkətin qurucusu koronavirus pandemiyasının dünyada beşinci nəsil mobil şəbəkələrin inkişafına son dərəcə mənfi təsir göstərdiyini vurğulayıb. Buna baxmayaraq, Lei Jun Xiaomi şirkətinin beynəlxalq nüfuzunu gücləndirmək üçün 5G dəstəyi ilə smartfon istehsal etməyə davam edəcəklərini bildirib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox