Azərbaycan şirkətləri Feysbuk Shop-dan istifadəyə maraq göstərəcəkmi?
Feysbuk istifadəçilərinə sosial şəbəkə üzərindən rəqəmsal ticarətlə məşğul olmaq imkanı yaradan “Facebook Shop” xidmətini təqdim edib. Bu xidmət Azərbaycanda istifadə olunacaqmı?
“Feysbuk tərəfindən istifadəyə verilən xidmət hazırda sınaq mərhələsində olduğundan yalnız Amerika Birləşmiş Ştatları üçün tam funksionaldır. Növbəti mərhələdə qərbi Avropa ölkələri üçün xidmətin bütün imkalarının təqdim olunması nəzərdə tutulub. Burada söhbət sifariş olunacaq məhsulların ödənişinin onlayn olaraq Feysbuk üzərindən həyata keçirilməsi və məhsulların ünvana çatdırılması xidmətindən gedir. “Facebook Shop” digər ölkələrdə məhsulların nümayiş olunması üçün vitrin rolunu oynayır. Mövcud vəziyyətdə xidmətin populyarlıq qazanacağını və geniş istifadə olunacağını hesab etmirəm. Lakin Amerika bazarında sınaqdan uğurla keçərsə və digər dövlətlər üzrə də tam funksionallıq təmin olunarsa, ölkəmizdə də geniş istifadə olunacağını hesab edirəm”.
TED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının meneceri Ayxan Qədəşov deyib.
O bildirib ki, hazırda “Azexport.az” internet portalı geniş auditoriyaya malik olan portallara inteqrasiya olunub: “Hazırda “Azexport.az” internet portalı “Made in Azerbaijan” məhsullarının xarici bazarlarda rəqəmsal ticarət platformaları vasitəsi ilə təşviqinin aparılması məqsədi ilə “Amazon.com”, “Alibaba.com”, “Agroserver.ru”, “All.biz”, “Go4worldbusiness.com” kimi geniş auditoriyaya malik olan portallara inteqrasiya olunub. İnteqrasiya proseslərinin müsbət nəticəsi olaraq 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 aprel tarixinə kimi (40 ay ərzində) dünyanın 141 ölkəsindən “Azexport.az” internet portalına 1,8 milyard ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub. Portalın uğurlu fəaliyyəti nəticəsində ixrac coğrafiyamız genişlənib. Əvvəllər qida və dərman məhsullarının ixracı imkansız olan əksər Ərəb, Okeaniya və Amerika qitəsi ölkələrinə məhsul ixracı artıb. Portalın idarə olunması zamanı resursların səmərəli istifadə olunaraq minimum xərclə maksimum effektivliyə nail olunması prinsipi əsas götürülür. Bu baxımdan “Facebook Shop” Amerika Birləşmiş Ştatlarında sınaq mərhələsini bitirib və xidmətlərini tam funksional təqdim etdikdən sonra müəyyən təhlillər aparılacaq. Təhlillərin nəticəsinə əsasən portalın gələcəkdə bu xidmətlərə inteqrasiya olunması barədə qərar qəbul olunacaq”.
Fatimə ZÜLFİQAR
Texnologiya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











