ABŞ iki hərbi təyyarədaşıyan gəmisini Cənubi Çin dənizinə göndərir
ABŞ Hərbi Dəniz Qüvvələri "USS Nimitz" və "USS Ronald Reagan" adlı iki hərbi təyyarədaşıyan gəmisini Cənubi Çin dənizinə göndərəcək.
TED.az CNN-ə istinadən xəbər verir ki, təlim məqsədli səfərdə təyyarədaşıyan gəmiləri bir neçə hərbi gəmi də müşayiət edəcək.
ABŞ gəmilərinin bu səyahəti Çin Xalq Azadlıq Ordusunun Cənubi Çin dənizində mübahisəli hesab olunan sularda hərbi təlim keçməsi ilə eyni vaxta təsadüf edir.
Çin ordusunun mübahisəli hesab olunan Parasel adaları yaxınlığında iyulun 1-də başlayan beşgünlük təlimlər Vyetnam və Filippinin, eləcə də ABŞ-ın sərt reaksiyasına səbəb olub.
Belə ki, Çinin Vyetnam, Filippin, habelə özünü müstəqil dövlət hesab edən Çinin Tayvan adası arasında Parasel adaları üzərində suverenlik məsələsi ilə bağlı mübahisələri var.
ABŞ açıq və örtülü formada adaların Çinə məxsus olmadığını, ümumiyyətlə, Pekinin Cənubi Çin dənizində hərbi fəaliyyətinin regionda gərginlik yaratdığını iddia edir. Pekin isə öz növbəsində, Vaşinqtonun bu ittihamlarını ciddiyə almayaraq, Cənubi Çin dənizindəki məsələlərə kənar dövlətlərin müdaxiləsini qəti rədd edir.
ABŞ-ın 2 hərbi təyyarədaşıyan gəmisinin Cənubi Çin dənizinə göndərilməsi həm də son vaxtlar Vaşinqton ilə Pekin arasında Honkonq və Sincan Uyğur Muxtar Bölgəsi ilə bağlı məsələlər də daxil olmaqla, Çinin qabaqcıl texnologiya şirkətləri olan Huawei və ZTE-yə Vaşinqtonun tətbiq etdiyi qadağa və məhdudiyyətlər, COVID-19 virusu ilə bağlı qarşılıqlı ittihamların yaşandığı gərgin bir dövrə təsadüf edir. Bəzi ekspertlər ABŞ ilə Çinin "soyuq müharibə"nin astanasında olduğunu, bir qrupu isə bu "müharibə"nin artıq başladığını bildirirlər.
Dünya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












