AZ

Robotlar 30 saniyədə 1 PlayStation 4 istehsal edirlər

 

0dde9895ae4d0e69380e30cefe1ef2c2.jpg
06.07.2020 12:28

Sony şirkəti Yaponiyadakı müəssisələrində işi robotlara həvalə edib. 


TED.az xarici mətbuata istinadən xəbər verir ki, nəticədə hər 30 saniyədə 1 PlayStation 4 istehsal olunur. 


Müəssisədə Mitsubishi istehsalı olan 32 robot çalışır. Robotlara 4 mütəxəssis nəzarət edir. Onların öhdələrinə düşən isə əsas kartı istehsal xəttinə yükləməkdən ibarətdir. 


Yaxın günlərdə prosesin PlayStation 5-ə tətbiq olunacağı gözlənilir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox