Azərbaycan dili Google Ads tərəfindən dəstəklənə bilər - KAMPANİYA

"Məlum olduğu kimi, Azərbaycan dili Google Ads tərəfindən dəstəklənmir. Yerli bizneslər və rəqəmli marketinq mütəxəssisləri uzun zamandır bu problemdən əziyyət çəkir. Bunun dəyişməsi üçün Change.org üzərində müraciət başlatdım".
Bunu TED.az-a rəqəmsal marketinq üzrə mütəxəssis Əfsun Qurbanov deyib.
O bildirib ki, yüzlərlə, minlərlə yerli biznes və rəqəmli marketinq mütəxəssisləri öz bizneslərini və məhsullarını reklam etmək, hədəf müştəri kütlələrinə mesajlarını çatdırmaq üçün Google Ads istifadə edirlər: "Azərbaycan dili yerli rəsmi dil olmağına baxmayaraq təəssüf ki, Google Ads tərəfindən dəstəklənmədiyi üçün bizneslər Google Ads üzərində reklam yaradarkən məcburən ingilis və rus dillərindən istifadə etməli olurlar. Azərbaycanda internet istifadəçilərinin sayı hər il artmaqdadır. Son hesabatlara, əsasən, 8,05 milyon nəfər (əhalinin 80% hissəsi) internet istifadə edir. Reklam sahəsində rəqəmli kanalların və xüsusilə Google reklamlarının istifadə olunması bizneslər üçün əvəzolunmaz əhəmiyyət qazanır.
Azərbaycanda və dünyada yaşayan bütün Azərbaycanlılar olaraq, Google Ads komandasından Azərbaycan dilini dəstəklənən dil olaraq əlavə etməkləri üçün imza toplayırıq".
Əfsun Qurbanov vurğulayıb ki, əgər bu kampaniya uğurla yekunlaşsa yerli şirkətlər bir sıra üstünlüklər əldə edə bilər: "Bu kampaniya uğurla reallaşsa, Azərbaycandilli saytlar avtomatik olaraq pul qazanmağa başlayacaqlar. Bu isə yerli kontentə dəstək olacaq. Məsələn, yerli saytlarda Google reklamları gedəcək və bu reklamlara görə həmin saytlar gəlir əldə edəcəklər.
İkincisi bir çox hallarda bizneslər Azərbaycan dili dəstəklənmədiyi üçün reklam kontentini və mətnlərini dəfələrlə dəyişməyə məcbur qalırlar. Bu isə öz növbəsində bizneslərin vaxt və resurs itirməyinə səbəb olur. Bu həm də Google reklamlarının daha düzgün istifadə olunmasında, yerli bazarda Google reklamlarının populyarlaşmasında biznesləri demotivasiya edir. İndi kampaniyaya dəstək verənlərin sayı 1500 nəfərə yaxınlaşıb. Google şirkətində də bəzi əlaqələr tapmışıq danışırıq. Bu petisiyanın axırında nailiyyət əldə edəcəyimizə inanırıq".
Qeyd edək ki, kampaniyanı imzalamaq istəyən şəxslər bu LİNKƏ daxil ola bilərlər.
Zeynəb ƏKBƏR
TED + bölməsindən digər xəbərlər
Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Həftənin ən çox oxunanları
Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!

