DİM yeni növ onlayn imtahanların keçirilməsi üçün sertifikat əldə etdi
Dövlət İmtahan Mərkəzi 2020-ci ilin may ayında “PeopleCert Qualifications Ltd” təşkilatının qolu olan LanguageCert Qiymətləndirmə Mərkəzinin LanguageCert International ESOL (English for Speakers of Other Languages) adlı beynəlxalq imtahanının ölkədə təşkil olunmasına dair auditi uğurla keçib.
TED.az xəbər verir ki, Böyük Britaniyanın qiymətləndirmə üzrə nəzarət qurumu - Ofqual tərəfindən tanınan LanguageCert müxtəlif dillər üzrə (ingilis, ispan, türk) bacarıqların qiymətləndirilməsini və sertifikatlaşdırılmasını həyata keçirən təşkilatdır.
Təşkilat, həmçinin ALTE və EALTA kimi beynəlxalq qiymətləndirmə assosiasiyalarının üzvüdür. LanguageCert imtahanlarının nəticələri 57 ölkənin kolleci, universiteti və institutları tərəfindən qəbul olunur.
LanguageCert tərəfindən təklif olunan imtahanların Azərbaycanda keçirilməsi gənclərin xarici dil bacarıqlarının qiymətləndirilməsi imkanlarının artırılması məqsədi daşıyır.
IELTS, TOEFL iBT və PTE Academic kimi imtahanların ekvivalenti olan kompüter əsaslı LanguageCert International ESOL imtahanlarını fərqləndirən cəhətlər və imtahanın əsas üstünlükləri aşağıdakılardır:
İmtahanların yazılı (dinləmə, oxu, yazı) və şifahi (danışıq) hissəsini birlikdə və ya ayrı-ayrılıqda vermək mümkündür;
İmtahanların şifahi hissəsi ünsiyyət bacarıqlarının qiymətləndirilməsinə əsaslanır. Buna görə də imtahanın bu hissəsi üçün xüsusi hazırlığa ehtiyac yoxdur;
hər iki hissəsi üzrə namizədlərə səviyyələrini təsdiq edən iki fərqli sertifikat təqdim olunur;
Sertifikatın etibarlılığı müddətsizdir;
İmtahandan kəsilən iştirakçılara imtahanın sonunda zəif cavablandırdıqları bölmələrə dair hesabat təqdim olunur;
Digər beynəlxalq imtahanlarla müqayisədə daha ucuz hesab olunur;
İmtahan nəticələri 5 gün ərzində elan edilir.
Məlum olduğu kimi, koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar dünyanın bir çox yerində, eləcə də ölkəmizdə yerli və beynəlxalq imtahanların keçirilməsi məhdudlaşdırılıb. Bu müddət ərzində imtahan verən şəxslərin yaranmış vəziyyətdən mümkün qədər az təsirlənməsi və imtahan nəticələrinin vaxtında əldə edilməsini təmin etmək məqsədilə LanguageCert DİM ilə sıx əməkdaşlıq edərək, LanguageCert International ESOL imtahanlarının onlayn qaydada ev şəraitində təşkil olunan versiyasını da təklif edir.
Əlavə edək ki, LanguageCert International ESOL imtahanlarının onlayn qaydada ev şəraitində idarə olunması artıq müxtəlif ölkələrdə tətbiq edilir. Bu növ imtahanlar onların məzmunu, keyfiyyəti və təhlükəsizlik prinsiplərində heç bir narahatlıq yaratmır. İmtahanlarda real vaxt ərzində həm insan tərəfindən proktorinq (nəzarət), həm də süni intellekt texnologiyası vasitəsilə ən çətin aşkarlanan hərəkətləri görmək və lazımi addımları atmaq üçün yüksək səviyyəli təhlükəsizlik tədbirləri həyata keçirilir.
LanguageCert digər imtahanlardan fərqli olaraq imtahan iştirakçısına vaxtında texniki yardım göstərmək məqsədilə imtahan platformasının səhifəsində proktor tərəfindən idarə olunan onlayn çat yaradıb. Bu alət imtahan müddətində yarana biləcək müxtəlif növ çətinlikləri zəng etmədən aradan qaldırmaq və proktor ilə daimi əlaqədə olmaq imkanı yaradır.
Ev şəraitində verilən onlayn imtahanların nəticələri imtahan günündən 3 gün sonra elan olunur.
Elm bölməsindən digər xəbərlər
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Həftənin ən çox oxunanları
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
EA Satışı üçün Kritik Təsdiq!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Yeni Jeep Compass Tezliklə Gələcək!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

