AZAL Bakı-Minsk reyslərini həyata keçirəcək
“Azərbaycan Hava Yolları” (AZAL) iyulun 10-dan 31-dək həyata keçiriləcək Bakı-Minsk marşrutu üzrə reyslərdə “Belavia” Belarusiya aviaşirkətinin marketinq tərəfdaşı olub.
TED.az xəbər verir ki, uçuşların tezliyi həftədə iki dəfə – cümə və bazar günləri olmaqla, ümumilikdə yeddi reys yerinə yetiriləcək.
Aviabilet satışı həm milli aviadaşıyıcının www.azal.az saytında, həm də "Belavia" aviaşirkətinin www.belavia.by saytında həyata keçiriləcək.
Bakı-Minsk reysi ilə Belarus Respublikasına giriş hüququ olan sərnişinlər daşınacaq. Minskdən transfer reysi ilə üçüncü ölkəyə gedən sərnişinlər təyinat ölkəsinin giriş qaydalarına əsasən reysə buraxılacaq.
Nəzərə çatdıraq ki, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı aşağıda qeyd olunub:
- Referans laboratoriyası;
- Leyla klinikası;
- Memorial klinikası;
- Bona Dea xəstəxanası;
- İnci laboratoriyası;
- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);
- Kaspian Hospital;
- UltraLab.
COVID-19 üçün testin neqativ nəticəsi barədə arayışı sərnişin uçuşdan 48 saat əvvəl almalıdır.
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











