Sosial şəbəkədə Nərminin qətlilə bağlı yayılan məlumatlara RƏSMİ MÜNASİBƏT
Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq davam etdirilir.
Baş Prokurorluqdan TED.az-a verilən məlumata görə, son günlərdə bir sıra sosial media səhifələrində və veb-saytlarda qeyd edilən cinayət işi ilə bağlı sensasiya naminə reallığı əks etdirməyən, qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olan informasiyaların yayılması müşahidə edilmişdir.
Bununla bağlı, Baş Prokurorluq bildirir ki, cəmiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən bu kimi məlumatların yayılması prinsipial, fundamental və konstitusion hüquqların pozulması, habelə istintaqın obyektiv gedişatına təsir kimi qiymətləndirilir.
Odur ki, qeyd edilənlərlə əlaqədar, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli məlumatları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməli, bu kimi məlumatların yerləşdirilməsinə diqqət və məsuliyyətlə yanaşılmalı, gələcəkdə belə xarakterli məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə buna cavabdeh olan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmələri məsələsinə baxılacaq.
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











