Təhsil naziri Birincilərin birinciləri ilə görüşdü
İyulun 10-da Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci tədris ili üzrə keçirilmiş Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərən 10 qızıl medalçı – “Birincilərin birinciləri” nominasiyasına layiq görülən məktəblilərlə onlayn formatda görüş keçirib.
TED.az xəbər verir ki, "Microsoft Teams" platforması üzərindən təşkil edilən görüşdə Ceyhun Bayramov qalibləri təbrik edərək pandemiya dövründə yaşanan çətin günlərdə onların qazandıqları uğurun çox sevindirici hal olduğunu deyib.
Şagirdlərin uğurlarında yüksək fədakarlıq göstərən müəllimlərin roluna da toxunan Təhsil naziri bu yaxınlarda Azərbaycan təhsilində özünəməxsus əməyi olan Naqif Nəbiyevin vaxtsız vəfatından hər kəsin kədərləndiyini qeyd edib və bunu təhsil ictimaiyyəti üçün böyük itki kimi qiymətləndirib.
Nazir Bakı Dövlət Universitetinin fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, Respublika Fizika Olimpiadasının sədri, istedadlı alim və müəllim olan Naqif Nəbiyevin bir çox məktəblinin fizikadan respublika və beynəlxalq olimpiadalara seçimi və hazırlıq prosesində əvəzsiz xidmətlərini də sadalayıb.
Təhsil naziri Naqif Nəbiyevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı ifadə edib, Allahdan ona rəhmət diləyib.
Ceyhun Bayramov çıxışının sonunda pandemiya dövründə hər kəsin təhsilin əlçatanlığı və davamlılığının təmin edilməsi istiqamətində səy göstərdiyini vurğulayıb.
Nazir bütün qalibləri bir daha təbrik edərək onlara uğurlar arzulayıb və bildirib ki, ökəmizin bu cür parlaq zəkaya sahib övladlarının olması gələcəyə inamı daha da artırır.
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











