Tikintiyə və istismara elektron icazələr sistemi haqda onlayn seminar
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə və istismara icazə prosedurlarını asanlaşdıran “Bir pəncərə” elektron müraciət sisteminin yeni imkanları ilə bağlı növbəti maarifləndirici seminar onlayn təşkil edilib.
TED.az xəbər verir ki, seminarda sahibkarları şəhərsalma proseslərinə dair maraqlandıran sual və təkliflər ətraflı müzakirə olunub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vebinar formatında birgə təşkil etdiyi bu görüşə tikinti sektorunda fəaliyyət göstərən şirkət nümayəndələri və fərdi sahibkarlar qatılıb.
Təşkilatçılarla yanaşı digər aidiyyəti dövlət qurumlarının da təmsil olunduğu vebinarda inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi ilə bağlı həyata keçirilən ardıcıl islahatların yaratdığı imkanlar ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılara “Bir pəncərə” elektron sisteminin artıq yenilənmiş funksionallığı və yaxın gələcəkdə daha çox xidmətləri əhatə etmək məqsədilə planlaşdırılan təkmilləşdirilməsi barədə ətraflı məlumat verilib.
Vebinarda tikintiyə və istismara icazələrin alınması sahəsində sahibkarların səsləndirdiyi təkliflər qeydə alındı və sistemin optimizasiyası imkanları müzakirə olundu.
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











