AZ

Feysbuk ucbatından bir neçə iOS tətbiqində problem yaşandı 

05eb00137617d9e53f2164588ae7bc8b.jpg
10.07.2020 21:58

Feysbuk ucbatından Spotify, TikTok və bir neçə iOS tətbiqini açmaq mümkün deyil. 


TED.az Türkiyə məbuatına istinadən xəbər verir ki, iPhone/iPad istifadəçiləri internet bağlı olduğu halda TikTok, Spotify, Pinterest və Tinder kimi məşhur tətbiqləri aça bilmirlər. Tətbiqlərin açılan kimi təkrar bağlandığı deyilir. 


Az qala bütün dünyada yaşanan bu problemin səbəbkarının Feybuk olduğu bildirilir. 


Feysbukun giriş üçün hazırlanan SDK-sındakı xətadan dolayı meydana gələn bu problem şirkətin diqqətindədir. Hazırda mütəxəssislər həll yolları üzərində çalışırlar. 


Qeyd edək ki, oxşar problem daha öncə də yaşanıb. 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox