AZ

Diqqət: Bakının daha bir küçəsində hərəkət məhdudlaşdırılır

 

f098bcb8e07ad94e3f167a06325ab121.jpg
11.07.2020 12:58

Aparılacaq təmir işləri ilə əlaqədar Bakının Xətai rayonunun Sabit Orucov küçəsində bu gecədən avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

TED.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

 

Məlumata görə, məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq.

 

"Sürücülərə alternativ olaraq Xocalı prospekti və Afiyəddin Cəlilov küçəsindən istifadə etmələri tövsiyə olunur.Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik" - deyə qurumdan bildirilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox