Tvinninq layihəsinin yekun konfransı keçirilib
Təhsil Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə "Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı tvinninq layihəsinin yekun konfransı keçirilib.
TED.az xəbər verir ki, onlayn formatda keçirilən konfransın məqsədi son iki ildə həyata keçirilən layihənin nəticələrini ümumiləşdirmək və layihə çərçivəsində ölkənin ali təhsil sisteminin inkişafı istiqamətində görülən işlər barədə geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarət olub.
Konfransı giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov son illər Azərbaycanın ali təhsil sistemində aparılan əsaslı islahatlar və ali təhsilin əlçatanlığı üçün imkanların daha da genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Nazir müavini hazırda ölkəmizin ali təhsil pilləsinin 2013-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na və Avropa Ali Təhsil Məkanı çərçivəsində hazırlanmış tövsiyələrə, bu sahədə müsbət dünya təcrübəsinə uyğun olaraq inkişaf etdirildiyini bildirib. “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurlu icrası barədə danışan Firudin Qurbanov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəflərini diqqətə çatdırıb.
Konfransda çıxış edən Avropa İttifaqının Bakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlıqda təhsil sahəsinə xüsusi önəm verildiyini bildirib. Səfir “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı tvinninq layihəsinin uğurla başa çatması münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Tədbirin moderatoru olan Azərbaycan üzrə layihə rəhbəri, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov iki ildən artıq müddətdə icra edilən layihənin həyata keçirilməsində davamlı dəstəyə görə Təhsil Nazirliyinə, Avropa İttifaqının Bakı Nümayəndəliyinə, Avropalı tərəfdaşlara, pilot universitetlərə, eləcə də müvafiq dövlət və özəl qurumlara təşəkkürünü bildirib.
Sonra Fransa üzrə layihə rəhbəri Bruno Kurval, Litva üzrə layihə rəhbəri Giedrius Viliunas, Latviya üzrə layihə rəhbəri Baiba Ramina, layihənin Rezident Müşaviri Liza Baydanova, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev çıxış edərək layihə çərçivəsində görülən işlərdən və layihənin ölkənin ali təhsil sahəsində həyata keçirilən islahatlara verdiyi töhfələrdən bəhs ediblər.
Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov və Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov tvinninq layihəsinin pilot universitetlər üçün faydalarından, görülmüş işlərin real nəticələrindən və müvafiq istiqamətlər üzrə davamlılığın təmin edilməsi üçün atılacaq addımlardan söz açıblar.
Tədbir iştirakçıları layihənin uğurla icra olunmasından məmnunluqlarını ifadə edib və layihə çərçivəsində yaradılmış əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Tesla Kaliforniyada Satış Qadağası ilə Üzləşə Bilər!
Google Yeni Süni İntellekt Agenti CC-ni Elan Edir!
OLED Displeyli iPad Mini Tezliklə Gələcək
Kompakt Nəhəng Təqdim Edildi: ASUS Prime AP303
Apple-ın Xüsusi iPhone Modeli Gəlir
Xiaomi 17 Ultra kamerası ilə bağlı ilk sızmalar ortaya çıxdı!
Galaxy Watch 4 əsas yeniləməni aldı!
Porsche Cayenne Electric-in "Sürücü Təcrübəsi" Kokpiti!
Şok DDR5 RAM fırıldağı!
iPhone 17e çatışmayan xüsusiyyətləri tamamlayır
Yeni Nissan Leaf istehsala başlayır!
Volkswagen büdcəyə uyğun SUV ilə gəlir!
İnstaqram hekayələrini anonim şəkildə necə izləmək olar?
Microsoft əl konsollarının performansını artırır!
Google Gemini 3 Flash təqdim edildi!
Tesla böyük bir şokla üzləşə bilər!
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Həftənin ən çox oxunanları
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Yaradıcı Mərkəzin rezidenti “İlin rəqəmsal marketinq həlli” seçilib
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Volkswagen büdcəyə uyğun SUV ilə gəlir!
Tesla böyük bir şokla üzləşə bilər!
Microsoft əl konsollarının performansını artırır!
Xiaomi 17 Ultra kamerası ilə bağlı ilk sızmalar ortaya çıxdı!
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

