Günün Qəhrəmanları-ndan yaz, TELEFON və ya PUL qazan - MÜSABİQƏ
“Nar” TƏBİB-lə birgə əməkdaşlıq çərçivəsində koronavirus pandemiyası zamanı müxtəlif sahələrdə vətəndaşlara xidmət etməyə davam edən insanları ictimaiyyətə tanıtmaq üçün “Günün Qəhrəmanları” müsabiqəsinə start verir.
TED.az xəbər verir ki, müsabiqə pandemiya ilə mübarizə dövründə gündəlik işlərini icra edərkən həyatlarını riskə atan insanlar, karantin zamanı həyata keçirilən sosial layihələr və təşəbbüslər haqqında hekayələri əks etdirəcək.
Bu cür hekayələrin üzə çıxarılmasında məqsəd həm əhali arasında qəhrəmanları tanıtmaq, həm də sosial məsuliyyətin təşviqinə dəstək olmaqdır.
Müəlliflər yazılarının əsas qəhrəmanı olaraq, başda həkimlər olmaqla, online dərslərlə şagirdlərinə təhsil verməyə davam edən müəllimləri, polisləri, marketlərdə çalışan əməkdaşları, çatdırılma xidməti göstərənləri, müştəri xidmətlərinin nümayəndələrini, xüsusi rejimli xəstəxanalardan reportaj hazırlayan jurnalistləri, könüllü yardım qrupu yaradan insanları, ümumilikdə, pandemiya dövründə vətəndaşlara xüsusi əmək göstərən hər kəsi seçə bilərlər.
Müsabiqənin şərtləri:
1) Müsabiqə həm jurnalistlər, həm də sosial media istifadəçiləri üçün açıqdır.
2) Yazılara əsas tələb real hekayələrin əks olunması və müəllif tərəfindən haqqında danışılan şəxsdən yayımla bağlı razılığın alınmasıdır.
3) Məqaləyə razılıq əsasında foto və videolar da əlavə edilə bilər.
4) Yazılar müsahibə formatında da ola bilər və ya birbaşa qəhrəmanın öz dilindən də yazıla bilər.
5) Təqdim olunan yazılar üçün maksimum simvol sayı 10.000 olmalıdır.
6) Müsabiqəyə qoşulmaq üçün jurnalistlər yazının “Nar” və TƏBİB-in birlikdə keçirdikləri müsabiqə çərçivəsində hazırlandığını qeyd etməklə mediada yerləşdirdikdən sonra müvafiq linklə bərabər media@azerfon.az elektron ünvanına göndərməlidirlər.
7) Sosial media istifadəçiləri də eynilə, hekayələrini media@azerfon.az elektron ünvanına göndərməlidirlər. Bundan başqa, müsabiqənin hashtagını qeyd etməklə yazılarını öz sosial media səhifələrində də paylaşa bilərlər. ( #GününQəhrəmanları #Nar #TƏBİB).
Müsabiqənin qalibləri media ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qaliblərə müvafiq olaraq Samsung S10+, Huawei P30 Pro, 500 AZN dəyərində pul mükafatı, daha üç həvəsləndirici yerlərin sahiblərinə isə 300 AZN məbləğində pul mükafatı təqdim olunacaq.
Qeyd edək ki, müsabiqəyə qoşulmaq üçün son tarix 10 avqustdur. Əlavə suallar yarandığı təqdirdə, media@azerfon.az elektron ünvanına yaza bilərsiniz.
KORONAVİRUS bölməsindən digər xəbərlər
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Həftənin ən çox oxunanları
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
EA Satışı üçün Kritik Təsdiq!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

