Azərbaycanda məhkəmə prosesi videokonfransla aparılacaq — QANUN
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırıqların icrası çərçivəsində hazırlanıb.
TED.az xəbər verir ki, qanunun məqsədi cinayət mühakimə icraatında müasir informasiya-kommunukasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməsini, habelə xüsusi karantin rejimində və digər xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsini təmin etməkdir.
Qanun bütövlükdə cinayət mühakimə icraatında innovativ üsullardan istifadə etməklə effektivliyin yüksəldilməsi, məhkəməyə müraciət etmək imkanlarının genişləndirməsi, habelə süründürməçilik və sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə hazırlanıb.
Qanunda nəzərdə tutulan yeniliklər aşağıdakılardır:
- cinayət mühakimə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması qaydası müəyyən olunur;
- cinayət prosesi iştirakçılarının məhkəmə və istintaq orqanına gəlmədən videokonfrans əlaqə sistemindən istifadə etməklə prosesdə iştirakı prosedurları tənzimlənir;
- cinayət mühakimə icraatının məhkəmə protokollarında tam və hərtərəfli əks etdirilməsi məqsədilə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparılması tələbi əks etdirilir;
- iqtisadi sahədə olan cinayətlərə görə zərərçəkmiş şəxslə barışma, ziyanın ödənilməsi və dövlət büdcəsinə ödəniş edilməsi şərti ilə cəzadan azad etmənin qaydası nəzərdə tutulur;
- məhkəmə icraatı uzadılmadan hazırlıq iclasında cinayət təqibinə xitam verilməsi imkanları genişləndirilir;
- kassasiya şikayəti (protesti) verilməsi müddətləri qısaldılır, habelə onların verilməsi və baxılması qaydası təkmilləşdirilir;
- xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın aparılması qaydası müəyyən edilir.
Qeyd edək ki, qanun cari ilin iyulun 15-dən qüvvəyə minir.
e-Azərbaycan bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











