DİM təxirə saldığı onlayn müsahibələri bu gün keçirib
DİM bu gündən 18 mart 2020-ci il tarixində təxirə salınmış 17.09.2019-cu il və 13.01.2020-ci il tarixli müsabiqə elanları üzrə müsahibələrin onlayn qaydada keçirilməsinə başlayıb.
TED.az xəbər verir ki, bu gün Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Ağcabədi Rayon Məhkəməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsi üzrə dövlət orqanlarına dövlət qulluğuna qəbulla bağlı elan edilmiş müsahibələr keçirilib.
Müsahibələrin keçirilmə qrafiki Mərkəzin saytında yerləşdirilib.
Qeyd edək ki, müsahibələrin onlayn qaydada təşkili ilə bağlı təlimata uyğun olaraq namizədlərin yalnız tibbi maska ilə və bədən hərarəti yoxlanıldıqdan sonra müsahibə binasına buraxılmalarına icazə verilir.
Müsahibələr videokonfrans şəklində keçirilir. Namizədlər onlayn müsahibələrə Mərkəzin inzibati binaları olan Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəmkir, Göyçay və Şirvan Regional Bölmələrindən xüsusi proqram təminatı vasitəsilə qoşulublar. Burada namizədlər müsahibənin keçirilməsi üçün lazım olan zəruri avadanlıqlarla təchiz edilirlər, qaydalar izah olunur və onlayn müsahibənin keçiriləcəyi videokonfrans proqramına qoşulma təmin edilir.
Müsahibə başa çatan kimi komissiya üzvləri tərəfindən müsahibənin gedişi müzakirə edilir və namizədin qiymətləndirilməsi aparılaraq nəticələr müvafiq sistemə daxil edilir.
Elm bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











