Bu şirkətlər Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti seçildi
“RD Smart” MMC-nin “Smart Solar” layihəsinə, “Hadith Rock Light” MMC-nin “Smart Stone” layihəsinə, “Smart Home” və “İQREX” layihələrinə İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli tərəfindən qeydiyyat şəhadətnaməsi təqdim olunub.
Agentlikdən TED.az-a verilən məlumata görə, yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi, texnoparkda fəaliyyətin həyata keçirilməsi, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və elmi tədqiqatların aparılması məqsədilə rezidentlər istehsal sahəsi ilə təmin ediləcək.
Həmçinin Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda texnologiya parklarının rezidentləri - texnologiya parklarının qeydiyyat şəhadətnaməsini almış və orada fəaliyyət göstərən sahibkarlar üçün bir sıra güzəştlər nəzərdə tutulmuşdur. Belə ki, rezidentlər texnologiya parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə müvafiq fəaliyyətə görə mənfəət/gəlir vergisindən, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azaddırlar.
Rezidentlik alan layihələr bunlardır:
“Hadith Rock Light” MMC-nin “Smart Stone” layihəsinin məqsədi Azərbaycanda keyfiyyətcə yeni işıqlandırma texnologiyalarının istehsalıdır. Hazırlanmasında ultra yüngül və incə materiallardan istifadə etməklə onları müxtəlif obyektlərə, o cümlədən bina və beton konstruksiyalara quraşdırmaq mümkün olacaq. Yeni texnoloji məhsul yol və metroda təhlükəsizliyin artırılmasına xidmət etmək potensialına malikdir.
“RD Smart” MMC-nin “Smart Solar” layihəsi dünyada tətbiq olunan müasir texnologiyanı və ənənəvi memarlığı özündə birləşdirir. Yaşayış binalarının tavanlarında yerləşdirilərək günəş enerjisindən istifadə etməklə, binanın xarici enerji asılılığını azaldır və kənar enerji resurslarından azadlığı təmin edir. Layihənin əsas məqsədi yeni iş yerlərinin yaradılması, təbii günəş enerjisindən istifadə edilməsi, “Smart City” texnologiyalarının tətbiq olunması və enerji sektorunda ağıllı texnologiyaların tətbiqi və ixracıdır.
“Smart Home” layihəsi “Ağıllı Bina və Ev” avtomatlaşdırılması istiqamətində fəaliyyət göstərir. Əsasən Pirallahı Yüksək Texnologiyalar Parkında qurulacaq zavodda 25 növdə idxal edilən və ixrac potensialı yüksək olan texnologiya məhsulları istehsal ediləcək. İstehsal edilən məhsulların 100%-i daxili bazarın tələbatını ödəyəcəkdir.
İstehsal-müştəri proqramı olan “İQREX” layihəsi marketinq üzrə intellektual nəzarət sistemidir. Onun köməyi ilə məhsulun orijinallığının təsbiti blokçeyn texnologiyası üzərindən unikal kodlar ilə həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycan brendi olan intellektual məhsulun dünya bazarına çıxarılmasıdır. Həmçinin 200-dən çox yeni iş yerlərinin yaradılması da nəzərdə tutulub.
Qeyd edək ki, İnnovasiyalar Agentliyinin tabeliyindəki Pirallahı və Mingəçevir yüksək texnologiyalar parklarında rezidentlik statusunu almaqla bağlı bir sıra innovativ şirkətlərdən müraciətlər qəbul olunmaqdadır.
TED + bölməsindən digər xəbərlər
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Həftənin ən çox oxunanları
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
iPhone 18 Dizaynı Sızdırıldı!
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Coursera və Udemy birləşir!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

