AZ

AzTU dosentlərinin “Verilənlərin strukturu və alqoritmlər” dərsliyi qlobal səviyyəli nəşriyyatında çap edilib

a303dbda81be4cae4256f17af80490ac.jpg
15.07.2020 14:38

Azərbaycan Texniki Universitetinin (AzTU) “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının dosentləri Zakir Məhərrəmov və Həsən Vəliyevin “Verilənlərin strukturu və alqoritmlər” adlı dərs vəsaiti Avropanın GlobeEdit nəşriyyatında çap edilib.

 

TED.az xəbər verir ki, dərs vəsaitinə “Tətbiqi riyaziyyat” institutunun direktoru, AMEA-nın həqiqi üzvü, f.-r. e.d., professor F.Ə.Əliyev və Bakı Dövlət Universitetinin “Riyazi kibernetika” kafedrasının professoru, f.-r. e.d., K.Ş. Məmmədov rəy verib, elmi redaktoru isə Sumqayıt Dövlət Universitetinin “Texniki kibernetika” kafedrasının professoru, t.e.d., Ə.H. Nağıyevdir.

 

Dərs vəsaiti Azərbaycan dilində də nəşr edilib.

 

Qeyd edək ki, kitab haqqında Proceedings of Institute of AppliedMathematics elmi jurnalında rəy çap edilib (Proceedings of IAM, V.9, N.1, 2020, pp.95-98).

Elm bölməsindən digər xəbərlər

Daha çox