AZ

Volkswagen və Ford özünüidarəetmə avtomobillərinin birgə işlənməsi barədə razılığa yaxındırlar

b6b7f255bd0e2841b08e8d51330d5ba1.jpg
14.06.2019 13:51

“Volkswagen” (VW) və “Ford” şirkətləri özünüidarəetmə avtomobillərinin inkişafına yönəlmiş tərəfdaşlıq sazişinin bağlanmasına yaxındırlar. Bu barədə alman avtokonserninin rəhbəri bildirib.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, “VW” və ikinci böyük amerika avtomobil istehsalçısı arasında müvafiq danışıqlar artıq bir neçə aydır davam edir.

 

“VW”nin baş direktoru Herbert Diessin (Herbert Diess) sözlərinə görə, danışıqlar "yaxşı gedir və demək olar ki, başa çatıb".

 

“VW” və “Ford” alyansı, böyük avtomobil istehsalçıları və texnoloji nəhənglərin investisiya və mühəndislik istedadları üçün rəqabət apardığı bir şəraitdə yaranır. 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox