AZ

İlk türk elektromobili 500 km məsafə qət edə biləcək.

d03dab528641a936153d1a497d969797.jpg
18.06.2019 11:26

Türkiyənin sənaye naziri Mustafa Varank, Türkiyədə istehsal olunan ilk elektrik avtomobilinin 500 km məsafəni qət edə biləcəyini və onun 2022-ci ilin ikinci yarısında istehsal ediləcəyini bəyan edib. Elektromobilin prototipi isə, bu ilin sonunda təqdim olunacaq.

 

"Biz rəqiblərlə asanlıqla rəqabət apara biləcək bir elektromobil istehsal etdirəcəyik", - deyə nazir bildirib. "Biz bunu yalnız bir avtomobil layihəsi olaraq görmürük. Bu, ölkədəki bütün avtomobil sənayesinin transformasiya edəcək və yerli avtomobil sənayesinin beynəlxalq arenada rəqabət qabiliyyətini artıracaq bir texnoloji layihədir ". Varank, həmçinin, avtomobilin dövlət sektorunun deyil, özəl şirkətlər tərəfindən inkişaf etdiriləcəyini vurğulayıb.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, əsasən beş şirkət – “Anadolu Group”, “BMC”, “Kıraça Holding”, “Türkcell” və “Zorlu Holding”  - “Türkiyenin Otomobili Girişim Grubu Sanayi ve Ticaret AŞ” birgə müəssisəsinin (Türk avtomobil sənayesi üçün birgə müəssisə) yaradılması üçün səylərini birləşdiriblər. Onların hər biri 19 faiz səhmlərə malikdir, qalan beş faiz Türkiyənin ticarət palataları və əmtəə birjaları İttifaqına (TOBB) məxsusdur. İdarəedici Direktor keçmiş “Bosch” meneceri Mehmet Gürkan Karakaşdır.

 

Daha əvvəlki hesabata əsasən, elektromobil, Saab 9-3 bazasında elektrik limuzinini təmsil edəcək. 2017-ci ilin noyabr ayında təsis edilən türk konsorsiumu ümumi platformada üç elektrik modelini planlaşdırır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox