AZ

Rusiya beynəlxalq uçuşları bərpa edir

80884cc36450a57094a2471ec5805472.jpg
01.08.2020 09:53

Bu gündən etibarən Rusiya Federasiyası koronavirus pandemiyasına görə dayandırılan beynəlxalq hava əlaqələrini bərpa edir. Uçuşlar Türkiyə, Böyük Britaniya və Tanzaniya istiqamətində keçiriləcək.

 

TED.az xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin xəbər verib.

 

İlkin olaraq beynəlxalq aviadaşımalar Moskva, Sankt-Peterburq və Rostov-na-Donu şəhərlərindən həyata keçiriləcək.

 

Avqustun əvvəlindən rusiyalılar London, Ankara, İstanbul və Zanzibar adasına, 10 avqustdan isə Antalya, Bodrum və Dalamana səfər edə biləcəklər.

TED + bölməsindən digər xəbərlər

Daha çox