Kafe və restoranlar üçün yeni şərtlər açıqlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə bağlı ictimai iaşə müəssisələrinə müraciət edib.
Agentlikdən TED.az-a verilən məlumata görə, müraciətdə deyilir ki, pandemiya dövründə ictimai iaşə müəssisələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 6 iyul 2020-ci il tarixli, 237 nömrəli qərarına uyğun olaraq öz fəaliyyətlərini həyata keçirməlidirlər. Həmin qərara əsasən, pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu 2 dəfə azaldılmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə 2 qat artırılmalıdır. Eyni zamanda qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.
Hər bir ictimai iaşə müəssisəsinin qarşısında həmin müəssisənin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə əks olunmalıdır.
İctimai iaşə müəssisələri fəaliyyətə başladıqdan sonra AQTA əməkdaşları tərəfindən keçirilən reydlər zamanı müvafiq qərarın tələblərinə uyğun olaraq qida qəbulu, oturacaq yerləri, masalar və adambaşına müəyyən edilən sıxlıq normaları ilə bağlı zəruri məlumatların girişdə hər kəsin görə biləcəyi yerdə xüsusi lövhələrdə yerləşdirilmədiyi halları aşkar olunarsa, həmin müəssisələrlə bağlı qanunvericilik çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcəkdir.
AQTA bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini və istehlakçıları pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl etməyə, özünün və yaxınlarının sağlamlığını və təhlükəsizliyini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət etməyə çağırır.
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











