“Nar Wi-Fi” hər yerdə yüksəksürətli internetə çıxış imkanı yaradır
“Nar” yay günlərində daimi yaşayış yerlərindən kənarda olan istifadəçilər üçün “Nar Wi-Fi” qurğusu ilə yüksəksürətli internetə çıxış imkanı təqdim edir.
TED.az xəbər verir ki, istirahət üçün bağa, başqa mənzilə köçənlər, yaxud evində stabil internetə qoşula bilməyənlər “Nar Wi-Fi” internet paylayıcısından faydalana bilərlər. Qısa müddətdə “Nar Wi-Fi” ilə abunəçinin mənzili 4G şəbəkəsi ilə əhatə olunacaq. Həmçinin pandemiya dövrünü nəzərə alaraq, mobil operator “Səyyar Nar” xidməti vasitəsi ilə Bakı, Sumqayıt və Abşeron yarımadasında yerləşən və cihazı əldə etmək istəyən müştərilər üçün ödənişsiz çatdırılma xidməti də göstərir.
Qeyd edək ki, avadanlığı abunəçinin özü rahat şəkildə quraşdıra bilər. Müvafiq tarifli SIM kartı ruterə daxil etdikdən və enerji mənbəyinə qoşduqdan sonra qurğu avtomatik olaraq işə düşür. “Nar Wi-Fi” ilə abunəçilərə 20GB və 50 GB-–lıq internet paketləri təqdim edilir. Bu avadanlıq sayəsində 30-dan artıq cihaz eyni anda sərfəli qiymətə yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edir. Avadanlıq “Nar” 4G-LTE şəbəkəsinin əhatə etdiyi hər yerdə internetə çıxış əldə etmək imkanı verir.
“Nar+” tətbiqi vasitəsilə cihazda cari paketin statusunu, hesab balansını yoxlamaq, eyni zamanda balansı artırmaq və yeni “Nar Wi-Fi” paketləri almaq mümkündür. Qurğu və tariflər haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











