AZ

WhatsApp-dan maraqlı yenilik: Mesajların həqiqiliyini yoxlamaq olacaq

ac5603ba7061bdcd58ba953c18304a20.jpg
04.08.2020 22:56

WhatsApp mesajlarının həqiqiliyini yoxlamaq mümkün oldu 


WhatsApp mesajlaşma tətbiqində yeni funksiya istifadəyə verilib. 


TED.az Business Insider-ə istinadən xəbər verir ki, sözügedən yenilik vasitəsilə mesajların həqiqiliyini yoxlamaq mümkün olacaq. 


Yenilik qrup çatları və dəfələrlə ünvanlanmış mesajlara aid ediləcək.


Məlumata görə, həmin mesajların yanında lupa işarəsi olacaq. Həmin düymə vasitəsilə proqram seçilmiş mesajı “Google”da axtarışa verəcək.


Beləliklə, istifadəçi mövzu ilə əlaqədar xəbər və məlumatlar əldə edə biləcək.


“Fact-checking” adlanan funksiya artıq ABŞ, Böyük Britaniya, İspaniya, Braziliya, Meksika, İtaliya və İrlandiyada işə salınıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox