Baktelecom fərdi yaşayış evlərini optik xətlərlə təmin edir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) “Evədək optika” layihəsinin əhatə dairəsinə fərdi yaşayış evlərini də daxil edib.
TED.az-a verilən məlumata görə, artıq həyət evlərinin sahibləri də fiber-optik xətlərin verdiyi üstünlüklərdən yararlana biləcəklər.
Yeni telekommunikasiya infrastrukturu Biləcəri qəsəbəsində yerləşən Xudadat bəy Məlikaslanov küçəsində yaradılıb. Sakinlər optik xətlər üzərindən keyfiyyətli multimedia xidmətləri, eləcə də bu xidmətləri dəstəkləyən pulsuz modemlərlə təmin ediliblər.
Daha çox sakinə xidmət göstərilməsi məqsədilə yaxın zamanda qəsəbənin bütün ərazisinin fiber-optik xətlərlə təchiz olunması nəzərdə tutulur.
Eyni zamanda “Evədək optika” layihəsinin Bakıətrafı ərazilərdə də həyata keçirilməsi planlaşdırılır. Bu məqsədlə “Baktelecom” tərəfindən bir çox fərdi yaşayış evlərinin yerləşdiyi massivlərdə optik infrastruktur qurulur.
Qeyd edək ki, layihə GPON (Gigabyte Passive Optical Network - Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında tətbiq edilir. Texnologiya eyni vaxtda bir fiber-optik xətt üzərindən bir neçə rəqəmsal xidmətin abunəçinin evinə ötürülməsinə imkan yaradır.
Texnologiya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











