Məsafədən kompüter təmiri necə həyata keçirilir
Karantin rejimi özü ilə həyatımıza böyük dəyişikliklər gətirib. Evdən çıxmaq üçün zaman məhdudiyyətlərinin olması, insanlarla təması minimuma endirmək məcburiyyəti, bir çox sahələrin fəaliyyətinin dayandırılması xidmət sahələrinin işində dəyişikliyə səbəb olub. Daha çox məsafədən və yerində xidmətlərə üstünlük verilir.
Bəs məsafədən kompüter təmiri nə dərəcədə mümkündür. Evdən kompüter təmiri necə həyata keçirilir?
Mövzu ilə bağlı TED.az-a danışan kompüter ustası Elgün İbrahimovun sözlərinə görə hazırda kompüter təmiri fəaliyyətinə icazə verilməyən sahələrdəndir. Kompüterdə nasazlıq yarandığı zaman istifadəçilər çətinliklə üzləşirlər.
Mütəxəssis kompüterin məsafədən təmirinin mümkün olduğunu bildirdi:
"Xüsusi proqramlar var ki, biz onu istifadəçiyə göndəririk. Proqramı açandan sonra müştəri ID kodu bizə göndərir. Bu zaman həmin şəxsin kompüterinin bütün səlahiyyətləri mütəxəssisə verilir. Kompüterdə istədiyimiz əməliyyatı yerinə yetirə bilirik. Bu formada təmir mümkündür".
Ancaq məsafədən təmir kiçik problemlərin həlli zamanı mümkündür. Kompüterdə hər hansı texniki problem varsa və ya formata ehtiyac duyulursa bu cür təmir mümkün deyil.
Elgün İbrahimovun sözlərinə görə, komputerdə hər hansı problemin yaranmaması üçün bu dönəmdə xüsusilə diqqətli olmaq lazımdır:
"İnsanlar kompüter və notbukları istehsalçının təklif etdiyi formada istifadə etsələr kompüterdə elə bir ciddi problem yaranmaz. Notbuklari yatağın, xalçanın üzərində işlətmək olmaz. Həmçinin dizin üzərinə qoyaraq kompüterdən istifadə etmək məqsədə uyğun deyil. Çünki bu zaman kompüterin havalanma sistemi pozulduğu üçün ciddi fəsadlar yarana bilər ki, video kart və prossessorun yanması, platanın sıradan çıxması kimi problemlər ortaya çıxa bilər. Daha sonra kompüteri maye ilə təmasdan mütləq qorumaq lazımdır".
Ən əsası kompüter zərərli viruslardan qorunmalıdır. USB fləş kart kimi avadanlıqlar virus olmadığına əmin olduqdan sonra qoşulmalıdır. Çünki hazırda bütün kompüterlərdə antivirus proqramları yoxdur. Hazırda 100 istifadəçidən yalnız 5-nin kompüterində antivirus sistemi qurulub.
Günel QURBANOVA
Texnologiya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











