AZ

Son model ağıllı saatlar və üstünlükləri - ARAŞDIRMA

 

117160117_911963449315092_7649150917650170900_n
06.08.2020 13:50

2024-cü ilə qədər ağıllı saat bazarının satış həcminin 108 milyon dollar azalacağı təxmin edilir. Pandemiyaya görə, ağıllı saat bazarında durğunluq yaşansa da, virusdan sonra onlara ciddi ehtiyac duyulacaq. Aparılan araşdırmalara görə, qiymət artımı nəticəsində ağıllı saat bazarının gəlir həcmi 14,5 % artacaq.

 

TED.az son model ağıllı saat və bilərziklərin funksiya, üstünlüklərini təqdim edir:

 

Yaxın vaxtda təqdim ediləcək Apple Watch Series 6-da qanda oksigeni ölçən sensor yer alacaq. Yeni model qandakı oksigen miqdarı müəyyən səviyyədən aşağı olduqda istifadəçiyə xəbərdarlıq mesajı göndəriləcək. Apple Watch Series 4-də isə  istifadəçilərə elektrokardioqrafiya funksiyası təqdim edilmişdi.  

 

Samsung Galaxy Watch 3  sağlıq və yaşamla bağlı yeni funksiyalar təqdim edir. Oksigen ölçmə, fitnes, təzyiq ölçmə, yuxu normativlərini tənzimlənmə və s. funksiyaları olan model relyefdən asılı olaraq sahibinə yıxıla biləcəyi ilə bağlı xəbərdarlıq edir.

 

Huawei Watch GT 2, qadınlara xüsusi gün dövrlərini idarə etməyə imkan verən xüsusiyyəti ilə diqqət çəkir. Bundan əlavə, cihazın ürək ritmini izləmə xüsusiyyəti də təkmilləşdirilib. Saat ürək-damar sağlamlığını da izləyir. Huawei-nin Kirin A1 ultra aşağı enerji prosessorundan istifadə edərək saat orta hesabla 2 həftə ərzində enerji yığmadan istifadə oluna bilər. 

 

Çinin nəhəng texnologiya şirkəti Huawei TalkBand B6 modelini də təqdim edib. Modelin əsas üstünlüyü yalnız ağıllı bilərzik deyil, həm də naqilsiz qulaqlıq rolunu oynamasındadır. Model 326 PPI piksel  sıxlığa, 1.53 düym 3D ekrana sahibdir. Huawei Band B6-nın gələn SMS-lər, zənglər, zəngli saat, hava proqnozu, QR kodların müəyyənləşdirilməsi, musiqini idarə etmək, uzaqdan foto çəkmək və s. funksiyaları var. Ağıllı bilərzik Kirin A1 prosessorundan güc alır və Bluetooth 5.2-i dəstəkləyir. Eyni anda iki cihaza bağlana bilən modellə 8 saat danışmaq mümkündür. 10 dəqiqə ərzində yığdığı enerji ilə 4 saat danışmağa imkan yaradır. Saat hissəsi çıxarıldıqda naqilsiz qulaqlıq kimi istifadə olunan saat, eyni zamanda nəbzi ölçür, yuxu, stress və oksigen səviyyəsini nəzarətdə saxlayır.

 

Huawei uşaqlar üçün nəzərdə tutulan ikikameralı ağıllı saat üzərində də işləyir. Huawei Childrens Watch 4X adlı bu saat uşaqlar üçün nəzərdə tutulsa da, funksiyalarına görə, daha çox valideynlərin övladları üzərində nəzarətini, onu izləməsini təmin edəcək. Bu gün ağıllı saatların heç birində kamera olmadığı halda yeni modelin ikikameralı olması diqqət çəkir. Bu kameralardan biri videokonfrans funksiyasına xidmət edəcək. Digəri isə 90 dərəcə altında çəkiliş vasitəsilə valideynin azyaşlının olduğu əraziyə nəzarətinə şərait yaradacaq. Saat 4G texnologiyasına əsaslanır. Suya qarşı davamlı olan yeni model addım sayı və digər idman fəaliyyətlərini də təqib edə bilir.

 

Xiaomi Mi Band 5-də isə izləyicilərin diqqətini displeyin tam ortasında yerləşdirilən göy rəngli halqa çəkir. Bu halqa Amazon Alexa virtual köməkçisi ilə inteqrasiya üçün nəzərdə tutulub. Bununla yanaşı, Xiaomi Mi Band 5 fitnes qolbağı smartfonun kamerasını asanlıqla idarə edə bilir. Məsələn, Mi Band 5 vasitəsilə qrup şəkilləri, selfi və smartfonun kameralarını çevirmək mümkündür.Bundan əlavə olaraq, fitnes-trekerə 11 fərqli idman rejimi (yoqa, avarçəkmə və sairə rejimlər) əlavə edilib. Mi Band 5 modeli fərqli ölkələrdəki vaxtları da müqayisə edə biləcək.

 

Məşhur OnePlus markası 2020-ci ildə bazarda OnePlus Watch adlı öz smart saat modelini təqdim edəcək. OnePlus Watch ağıllı saatda 8 geqabayt daxili yaddaş və 1 geqabayt RAM ilə güclü Qualcomm çipset olacaq. 

 

Xiaomi şirkəti Xiaomi Mi Smart Band 4C modelini də təqdim edib. Model 1,08 düymlük ekrana sahibdir. 2 saat ərzində yığdığı enerji modeli 14 gün işlək vəziyyətdə saxlaya bilir. Batareya tutumu 130 mAs-dır. Bilərzik velosiped sürmə, sürətli yerimə, ürək döyüntüsü və s. kimi prosesləri təqib edir. Uzun müddət hərəkətsiz qaldıqda isə xəbərdarlıq bildirişi verir. Ağıllı bilərziyin çəkisi 13 qramdır.

 

Apple Watch 5 40 mm Gold isə 2019-cu ildə istehsal edilsə də, hələ də xeyli istifadəçi auditoriyasına sahibdir. Watch OS əməliyyat sistemi ilə işləyən  mobil cıhazın ekran növü Sensor, monoxromdur. Daxili Yaddaş 32 GB-dır. Suya və toza qarşı davamlıdır. Bluetooth, mikrofon var. Ölçuləri34 x 40 x 10.74 mm-dir. Addım ölçmə, kalori hesablama, nəbz ölçmə, GPS funksiyalarına sahibdir. Kamera və nömrə dəstəklənməsi yoxdur.İşləmə müddəti isə 18 saatdır.


Lamiyə SÜLEYMANLI

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox