Azərbaycanda hansı yeni ixtisaslara ehtiyac var? - Dron pilotu, "ağıllı" evlərin texniki
"İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində məlumatların statistikasının hazırlanması, süni intellekt və İKT-nin təhlükəsizliyi, kompüter texnologiyaları (proqramist, şəbəkə və sistem administratorları, frontend (veb-saytların istifadəçilərə görünən tərəfi) dizayneri, kompüter mühəndisi və s.) artıq gələcəyin peşələri hesab edilir".
Bu sözləri TED.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Aqşin Məmmədov deyib.
O, pandemiyanın inkişafını zərurətə çevirdiyi, gələcəyin peşələri barədə danışarkən bildirib ki, XXI əsrdə bütün sahələr əsasında yeni texnologiyaların, rəqəmliləşmənin dayandığı IV sənaye inqilabına keçidi sezmək mümkündür: "Fikrimcə, koronavirus bu keçidi bir az da tezləşdirəcək. Çünki pandemiyanın dünya siyasi sistemi, iqtisadiyyatı, təhsil və elm sisteminə təsiri göstərdi ki, artıq bəşəriyyət yeni texnoloji inkişaf mərhələsinə qədəm qoyur. COVID-19 böhranı bütün sahələrdə çətinliklər və məhdudiyyətlər gətirsə də, bizə yeni imkanları göstərdi, yeniliklərin tətbiqinə zəmin yaratdı. Süni intellekt və müxtəlif sahələrdə robotlaşmanın artması, “3D Printing”, dronlardan istifadə, bərpa olunan enerjidən istifadənin, elektrikli maşınların artması, sürücüsüz nəqliyyat vasitələrinin meydana gəlməsi, ümumiyyətlə, qeyri-neft sektorunun sürətlə inkişafı, internetdən istifadənin genişlənməsi, cəmiyyətin və dövlətin onlayn texnologiyalar əsasında idarə olunması və s. yeni mərhələyə qədəm qoymağımızdan xəbər verir".
A.Məmmədov qeyd edib ki, bu gün dünyadakı proses və çağırışlarla əlaqədar əmək bazarının tələbləri də dəyişir: "Yeni ixtisaslar yaranır, onlara tələbat da artır".
Ekspertin fikrincə, onlayn fəaliyyət növlərinin aktuallaşması İKT yönümlü peşələrə daha çox ehtiyac yaradır: "Rəqəmli marketoloq, dron pilotu, 3D printer texniki, virtual reallıq üzrə dizayner, rəqəmli reabilitasiya məsləhətçisi, "ağıllı" evlərin texniki, bir az da geniş götürsək, biotibb və sintetik biologiya, genetika sahələrinin mühəndisləri, biotexnologiya və neyrotexnologiya və s. istiqamətlər üzrə ixtisaslaşmış kadrlara gələcəkdə tələbat daha çox olacaq. Bütün bunları nəzərə aldıqda hazırkı dövr bizdən artan rəqabətə tab gətirmək üçün yeni strategiyalar düşünməyi tələb edir. Çünki IV sənaye inqilabı iqtisadiyyatının rəqabət qaydaları əvvəlki dövrlərin qaydalarından fərqlənir. Burada rəqabətə tab gətirmək üçün bütün formalarda innovasiyaları tətbiq etmək lazımdır".
A.Məmmədov bildirib ki, mövcud imkanları reallığa çevirmək lazımdır: "Ölkəmizin təhsil sistemində rəqəmli texnologiyaların geniş tətbiqi, IV sənaye inqilabının çağırışlarına və əmək bazarının tələblərinə cavab verən ixtisasların müəyyənləşdirilməsi və təsnifatının aparılması zəruridir. Əsasən də İKT sahəsində kadr hazırlığına, xüsusən də kompüter elmləri, informasiya təhlükəsizliyi, süni intellekt və s. üzrə daha ixtisaslı mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət yetirməliyik. Əks halda yarana biləcək hər hansı kritik situasiyalarda daha çox əziyyət çəkəcək və inkişafın önündə deyil, "yedəyində" addımlayacağıq".
Lamiyə SÜLEYMANLI
TED + bölməsindən digər xəbərlər
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Həftənin ən çox oxunanları
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
EA Satışı üçün Kritik Təsdiq!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Yeni Jeep Compass Tezliklə Gələcək!
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

