Yeni London taksiləri haqda bilmədiklərimiz - Sürət həddi barədə sürücüyə xəbərdarlıq edən sensorlar
"LEVC TX" modelli yeni 100 ədəd London taksisi artıq xidmətə başlayır. Son günlər yeni modellərin tam müasir funksiyalara sahib olması barədə çox danışılsa da, onun daha ətraflı texniki parametrləri çoxlarına maraqlıdır.
TED.az LEVC TX model yeni London taksilərinin texniki göstəricilərini təqdim edir:
Yeni modellər beşnəfərlik olsa da, salonda altıncı şəxs üçün kiçik yer və fiziki məhdudiyyətli sərnişinlər üçün təkərli araba mövcuddur. LEVC TX model taksi 31 kWh batareyaya sahibdir. Ümumi elektrik mənzili 129 km olan xəttin məcmu aralığı 607 km-dir. Arxaya sürmək üçün 120 kW elektrik motoru var. (Hibrid konfiqurasiyalı GKN Driveline eAxle). Volvo T8 Twin Engine plug-in hibrid modellərinə bənzəyir. Bununla yanaşı, həm CHAdeMO, həm də CCS Combo sürətli enerji xüsusiyyətinə sahibdir. Avtomobilin salonunda xüsusi arakəsmələr mövcuddur.
Yeni model taksilər yanacaq əvəzinə elektriklə işləyir. Avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna bilər. Smart konfiqurasiyalı avtomobil 130 kilometrə qədər sırf elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir.
Avtomobil özü yoldakı sürət həddi barədə sürücünü xəbərdar edir. Sürücü idarəetməni itirdikdə və ya yol trayektoriyasını dəyişdikdə xüsusi sensorlar ona müvafiq məlumatı ötürür. Taksilərin sərnişin kabinəsi digər “London taksi”lərindən fərqli olaraq daha genişdir və altı oturacağı var. Avtomobillərdə USB portlar, “Wi-Fi” və GPS quraşdırılıb. Sürücü ilə sərnişin arasında əlaqəni minimuma endirmək üçün şüşə arakəsmə mövcuddur. Kabinədə sürücü ilə əlaqə üçün xüsusi mikrofon, görmə qüsurlu sərnişinlər üçün brayl əlifbası ilə idarəetmə paneli, eşitmə əngəllilər üçün isə təlimat lövhəsi var. Bu taksilərdə ödənişi post-terminal vasitəsilə də həyata keçirmək mümkündür.
Həmçinin LECV TX model taksilər "Android" sistemi ilə təchiz edilib. Bu isə sürücülər üçün geniş imkanlar açır. Belə ki, sürücülər bütün prosesi monitor vasitəsilə idarə edə bilir.
Qeyd edək ki, "Bakı Taksi Xidməti"nin aldığı yeni taksilər əsasən Bakıda keçirilən tədbirlər üçün şəhərə gələn qonaqların hava limanından otellərə və əks istiqamətdə daşınması üçün istifadə ediləcək.
Lamiyə SÜLEYMANLI
Texnologiya bölməsindən digər xəbərlər
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Tesla Kaliforniyada Satış Qadağası ilə Üzləşə Bilər!
Google Yeni Süni İntellekt Agenti CC-ni Elan Edir!
OLED Displeyli iPad Mini Tezliklə Gələcək
Kompakt Nəhəng Təqdim Edildi: ASUS Prime AP303
Apple-ın Xüsusi iPhone Modeli Gəlir
Xiaomi 17 Ultra kamerası ilə bağlı ilk sızmalar ortaya çıxdı!
Galaxy Watch 4 əsas yeniləməni aldı!
Porsche Cayenne Electric-in "Sürücü Təcrübəsi" Kokpiti!
Şok DDR5 RAM fırıldağı!
Həftənin ən çox oxunanları
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Volkswagen büdcəyə uyğun SUV ilə gəlir!
Tesla böyük bir şokla üzləşə bilər!
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Microsoft əl konsollarının performansını artırır!
Xiaomi 17 Ultra kamerası ilə bağlı ilk sızmalar ortaya çıxdı!
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Yeni Nissan Leaf istehsala başlayır!
Şok DDR5 RAM fırıldağı!
Google Gemini 3 Flash təqdim edildi!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

