Yeni London taksiləri bu gündən işə başlayır, xidmət haqqı... — Açıqlama
Məlum olduğu kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında ''Bakı Taksi Xidməti'' MMC tərəfindən Bakıya müasir standartlara cavab verən 100 ədəd elektrikli "London taksi"ləri gətirilib.
“London taksiləri dünən təqdim olunub. Yəqin ki, bu gün az sayda (təxminən 10 ədədi) fəaliyyətə başlayıb. Bakı Taksi Xidməti MMC-nin taksilərinin xidmət haqqı məsafədən asılıdır. Bakıya yeni gətirilən taksilər premium səviyyəli taksilərə daxildir, komfort avtomobillərdir. Digər avtomobillərimiz ekonom sayılır, standartdır. Əlavə məlumat üçün “Bakutaxi” tətbiqimizi yükləyərək tanış ola bilərsiniz”.
Bunu TED.az-a açıqlamasında “Bakı Taksi Xidməti” MMC Reklam və Marketinq departamentinin Baş mütəxəssisi Natavan Səyidzadə deyib.
N.Səyidzadə bildirib ki, yeni taksiləri “1000” nömrəsinə zəng etməklə və “Bakutaxi” mobil tətbiq vasitəsilə sifariş etmək mümkündür.
Nəzərinizə çatdıraq ki, şirkətə məxsus “Bakutaxi” tətbiqində xidmət haqqı avtomobil növünə görə (standart və ya komfort) müəyyən edilir. “Bakutaxi” tətbiqini Play Store və App Store-da endirmək mümkündür.
Fatimə ZÜLFİQAR
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











