Azərbaycan nümayəndəsi UNESCAP-ın ASİSM layihəsi üzrə İdarəetmə Komitəsinin iclasında iştirak edib
BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Asiya-Sakit okean İnformasiya Super Magistralı (ASİSM) layihəsi üzrə İdarəetmə Komitəsinin 4-cü sessiyası keçirilib.
TED.az xəbər verir ki, Azərbaycan tərəfindən virtual tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Emil Əhmədov iştirak edib.
Tədbir çərçivəsində idarətmə komitəsinin iclasına keçirilmiş seçkilərdə Azərbaycandan olan nümayəndə Şimali və Mərkəzi Asiya subregionundan komitə iclasına sədr müavini seçilib.
İclas zamanı dayanıqlı inkişaf erasında ASİSM layihəsinin reallaşmasına regionda həyata keçirilən, o cümlədən ölkəmizin təşəbbüskarı olduğu layihələrin (Trans-Avrasiya Super İnformasiya Magistralı - TASİM) verə biləcəyi töhfəyə dair müzakirələr aparılıb.
Həmçinin regionda rəqəmsal fərqliliyin aradan qaldırılması, İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin (İCDS) regional icmalı, eləcə də ASİSM layihəsinin Baş Plan və Regional Əməkdaşlıq Çərçivəsində sənədlərin növbəti (2020-2022 illər üçün) yenilənməsi nəzərdən keçirilib.
Ölkələrin təqdimatı adlı sessiyada Azərbaycanda BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin icrasından, respublikamızın İKT sahələrində həyata keçirdiyi və təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyətli layihələrlə əlaqədar görülən işlər, əldə olunan nailiyyətlərdən danışılıb. Eyni zamanda, “Azərbaycan Respublikasında informasiya və telekommunikasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Qeyd edək ki, ölkəmizin 31 iyul 1992-ci il tarixindən üzv olduğu UNESCAP iqtisadi və sosial məsələləri müzakirə etmək və nəzərdən keçirmək, o cümlədən regional əməkdaşlığı gücləndirmək məqsədilə region dövlətləri üçün bir platforma rolunu oynayır.
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











