AZ

Beş yaşlı iPhone 6s iOS 14-də necə işləyir ? - iOS13, 12 və 10 ilə müqayisə

da81058af983f5e045d6ddcef4cc71e9.png
18.09.2020 18:15

Dünən Apple iOS 14 mobil əməliyyat sisteminin sabit versiyasını yayımlayıb. 

 

TED.az xəbər verir ki, bu, iPhone 6s və daha yeni smartfonlar üçün pulsuz yenilənmə şəklində təqdim edilib. Bu gün isə şəbəkədə iPhone 6s əməliyyat sisteminin müxtəlif versiyalarını sonuncu ilə müqayisə edən videoçarx ortaya çıxıb.

 

Video YouTube kanalında iAppleBytes adı ilə yayımlanıb. Görüntü iPhone 6s-i sürəti baxımından iOS 14 ilə iOS 13.7, 12.1, 11.4.1 və 10.3.3-ü müqayisə edir.

 

Müqayisə zamanı iOS 14 sürətdə çox fərq göstərməyib. Hətta iOS 13 ilə müqayisədə fərq olduqca incədir. 

 

Bununla yanaşı, 2017-ci ilin yayında çıxan iOS 10.3.3 ilə müqayisədə yeni platformada smartfon daha sürətli açılır.

 

Qeyd edək ki, iPhone 6s ilk dəfə beş il əvvəl, 2015-ci ilin sentyabrında debüt edib. Cihaz əvvəlcə iOS 9 ilə istifadəyə verilib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox