Azərbaycanın Aİ95 benzini istehal etməsi daxili bazarda qiymətlərə necə təsir edəcək? – Ekspertdən ŞƏRH
Prezident İlham Əliyevin ötən gün dediyi sözlərə əsasən, iki ildən sonra Heydər Əliyev neftayırma zavodunda yenidənqurma başa çatacaq, “Avro-5” adlı benzin istehsal olunacaq. Beləliklə, havanı ən çox çirkləndirən nəqliyyat vasitələri də təmiz benzinlə təmin ediləcək və “Azərneftyağ” neft emalı zavodu söküləcək.
Mövzu ilə bağlı TED.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, Azərbaycan dövləti uzun müddətdir ki, yanacaq istehsalı ilə bağlı başqa dövlətlərdən asılı qalmamaq üçün çalışır: “Hazırda premium markalı benzini xarici ölkələrdən alırıq. Ona görə “92” markalı benzin 90 qəpiyə olduğu halda premiumun qiyməti 1.25 AZN təşkil edir. Neftin qiyməti və xaricdən aldığımız premium benzinin qiyməti aşağı düşdüyünə görə ucuzlaşma baş verirdi”.
E.Muradlının fikrincə, bu addımla Azərbaycan başqa ölkələrin asılılığından getdikcə azad olur: “Cənab prezidentin qeyd etdiyi kimi, Azərbaycanın iqtisadi inkişafında əsas prioritet başqa ölkələrdən asılılığın azaldılmasıdır. Bu həm də yanacaq sektoru ilə bağlıdır. Neft ölkəsində yaşayırıqsa, xammalımız varsa, özümüzün də premium və daha yaxşı benzin növlərini hazırlamaq imkanımız olmalıdır. Niyə görə yanacağımızı ucuz qiymətə başqa ölkələrə satmalıyıq ki, onlar onu keyfiyyətli benzin adı ilə bahalı qiymətə versin? Bu halda təbii ki, uduzan Azərbaycandır”.
“O baxımdan düşünürəm ki, bu cür zavodun tikilməsi gələcək üçün Azərbaycanda yanacağın qiymətinin ucuzlaşmasına səbəb ola bilər. Eyni zamanda, ətraf mühitün qorunması da ölkə rəhbərinin əsas hədəflərindən biridir. Yanacağın keyfiyyəti artdıqca avtomobillərin ixrac etdiyi zəhərli qazın miqdarı azalır. Bu da müsbət dəyişiklikdir və yaxın gələcəkdə həyatımızın bir parçasına çeviriləcək”, – deyə ekspet qeyd edib.
Fatimə ZÜLFİQAR
Texnologiya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











