Şamaxıda yeni elektron müraciət sistemi istifadəyə verildi
Şamaxı Rayon İcra Hakimiyyətində onlayn müraciətin genişləndirilmiş formatda tətbiqinə başlanılıb.
TED.az xəbər verir ki, yeni elektron müraciət sisteminin köməyi ilə vətəndaşlar evdən, iş yerindən çıxmadan müraciətlərini onlayn şəkildə ünvanlaya biləcəklər.
Onlayn müraciəti rayon icra hakimiyyəti ilə yanaşı, sistemə inteqrasiya olunmuş dövlət qurumları da görə biləcək. Habelə vətəndaşların istənilən vaxt elektron kabinetlərində müraciətlərinin statusunu izləməsi də mümkün olacaq. Məsələn, vətəndaş səhhəti, təhsili, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, fərdi təsərrüfatı və sair ilə bağlı müraciətini sistemə daxil etdikdən sonra rayon icra hakimiyyəti ilə koordinasiyalı şəkildə aidiyyəti qurumlar tərəfindən müraciətin araşdırılması həyata keçiriləcək, həlli istiqamətində iş aparılacaq və vətəndaş bu barədə məlumatlandırılacaq.
İstifadəyə verilən elektron müraciət sistemi Şamaxı Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsinin "Elektron müraciət" bölməsində yerləşdirilib.
Əgər vətəndaşın onlayn müraciət sisteminə daxil olmaq imkanı yoxdursa, bu zaman rayon icra hakimiyyəti yanında yaradılan ofisə gələrək müraciətini sistem üzərindən ünvanlaya bilər.
Qeyd edək ki, elektron müraciət sistemi vətəndaşların işini asanlaşdırmaqla yanaşı, pandemiya dövründə onların dövlət qurumları ilə fiziki təmasını azaldacaq.
e-Azərbaycan bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











