AZ

Zoom-un işində problem yaranıb

 

abd6cadf0e035a2855e8a61067b84739.jpg
23.09.2020 09:20

Zoom tətbiqinin işində problem yaranıb.

 

TED.az xəbər verir ki, bu barədə “Downdetector" resursu məlumat yayıb.

 

Məlumata əsasən, xidmətdəki problemlər əsasən ABŞ, Böyük Britaniya və Norveç sakinləri tərəfindən qeydə alınıb.

 

İstifadəçilərin əksəriyyəti serverə qoşula bilməyib, bəziləri isə videokonfransa qoşulduqda və hesaba daxil olduqda problemlərlə üzləşiblər.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox