Bakı Slavyan Universitetində növbəti elektron modullar istifadəyə verilib
Bakı Slavyan Universiteti (BSU) pandemiyadan əvvəl "Elektron universitet" layihəsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsində fəal rol oynadığı üçün hazırkı dövrdə təhsilin distant təlim texnologiyalarının köməyi ilə təşkil edilməsi prosesinə hazırlıqlı olub.
BSU-dan TED.az-a verilən məlumata görə, hazırda fənni dinləmədən təkrar imtahan verən tələbələrin, habelə alt və fərdi qruplarda dərsləri yenidən dinləmək istəyən tələbələrin ərizələrinin onlayn formada qəbul olunması üçün xüsusi elektron xidmət modulları istifadəyə verilib. Bundan başqa, cari tədris ilində BSU-ya qəbul olunan tələbələrin sənədlərinin qəbulu prosesini məsafədən həyata keçirmək məqsədilə "Onlayn sənəd qəbulu" modulunun bu həftədən uğurla tətbiqinə başlanılması nəzərdə tutulur.
Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Təhminə Əskərova qeyd edib ki, görülmüş bu işlər BSU-nun rektoru, professor Nurlana Əliyevanın xüsusi diqqəti və nəzarəti altında həyata keçirilir. Məhz bu layihələrin həyata keçirilməsi və işin səmərəli qurulması üçün bir sıra struktur bölmələrdə aparılan dəyişikliklər artıq öz müsbət nəticəsini verib. Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdir müavini Nurlan Məmmədov universitetin professor-müəllim heyətinə xüsusi təlimlər təşkil etməklə və tələbələr üçün müvafiq yazılı təlimatlarla birgə silsilə videotəlimatlar hazırlamaqla yanaşı, bir sıra vacib elektron modulları da qısa vaxt ərzində istifadəyə hazır vəziyyətə gətirərək işin daha səmərəli, əməkdaşlığın daha çevik və prosesin böyük bir hissəsinin avtomatlaşdırılması baxımından tam zamanında müəllimlərin və tədris-köməkçi heyətin ixtiyarına verib.
Distant təhsil prosesində cari qiymətləndirilmənin aparılması məqsədilə elektron jurnal modulu yaradılaraq “Microsoft Teams” platforması üzərindən istifadəyə verilib ki, artıq müəllimlər ondan səmərəli şəkildə istifadə edirlər. Elektron jurnal tələbələrin qiymətlərini, dərsə davamiyyətini və orta balını avtomatik müəyyən edərək həm təhsilverənlərin, həm də təhsilalanların işini asanlaşdırır. Semestrin sonunda elektron jurnal çap olunaraq müəllimin imzası ilə təsdiqlənəcək.
Universitetin bir qrup əməkdaşından ibarət yaradılmış İşçi Qrupu isə pandemiya dövründə evində hər hansı bir səbəbdən onlayn dərsləri təşkil etməkdə çətinlik çəkən professor-müəllim heyəti üçün lazımi texniki avadanlıqlarla təchiz olunmuş kabinetlərdə onlara zəruri köməklik göstərir.
Distant və ənənəvi dərslərin cədvəlinin və zəng qrafikinin təsdiqi və elektron jurnal modulunun istifadəyə verilməsindən sonra Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsi distant təlimin təşkilinə onlayn nəzarət mexanizmini artıq tətbiq etməyə başlayıb.
Elm bölməsindən digər xəbərlər
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Həftənin ən çox oxunanları
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Volkswagen büdcəyə uyğun SUV ilə gəlir!
Tesla böyük bir şokla üzləşə bilər!
Xiaomi 17 Ultra kamerası ilə bağlı ilk sızmalar ortaya çıxdı!
Microsoft əl konsollarının performansını artırır!
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Yeni Nissan Leaf istehsala başlayır!
Şok DDR5 RAM fırıldağı!
Google Yeni Süni İntellekt Agenti CC-ni Elan Edir!
Google Gemini 3 Flash təqdim edildi!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

