TikTok fırıldaqçılığı aşkarlandı – Azyaşlılar vasitəsilə…
Dələduzlar uşaqlar arasında populyar olan sosial şəbəkədə reklamdan pul qazanmağı öyrəniblər.
TikTok sosial şəbəkəsi digər şəbəkələr kimi, müəyyən parametrlərlə istənilən istifadəçi üçün seçilmiş və inteqrasiya olunmuş reklamlara malikdir. Problem isə fırıldaqçıların uşaqlara aid hədəf reklamlar qurmasıdır. Dostlarını əyləndirmək üçün uşaqlara tətbiqlərlə baner reklamlarını göstərirlər. Məsələn, telefonun divar kağızına toxunduqda cihaz titrəyir və ya təsadüfi səslər işə düşür.
TED.az xəbər verir ki, Avast şirkətinin hesablamalarına görə, bu cür tətbiqlər artıq 500 min dollardan çox qazanıb.
Həm Android, həm də iOS üçün oxşar proqramlar var. Fırıldaqçılar müxtəlif yollarla pul qazanırlar. Onlar bütün pəncərələrin üstündə reklamlar göstərə və ya abunə olma təklifini verə bilirlər. Bununla da hər həftə uşağın hesabından və ya valideyn kartından 8-10 dollar alına bilər.
Bu cür saxta sxemlərlə mübarizə aparmaq üçün mütəxəssislər ilk növbədə uşağa internetdə təhlükəsizlik qaydalarını izah etməyi təklif edirlər. Əlavə olaraq, App Store və Google Play-də uşaq cihazlarında tətbiqlərin satın alınmasına və quraşdırılmasına nəzarət etməyə imkan verən ailə hesablarından istifadə etmək mümkündür. Ayrıca, tətbiqi yükləmədən əvvəl onun hansı funksiyalara daxil olmaq istədiyini yoxlanılması məsləhət görülür.
Texnologiya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











