Əşyalar yalnız BU HALDA internetin kəsilməsinə səbəb ola bilər - Ekspert
Birləşmiş Krallığın Galler Muxtar bölgəsində hər səhər saat 07:00-da internetin kəsilməsi sakinlərdə təəccüb yaradıb. Məlum olub ki, hadisə köhnə televizor yüksək səviyyəli impuls tezliyi (SHINE) yaydığı üçün baş verir.
Maraqlıdır, daha hansı əşyalar internetin fəaliyyətinə problem yarada bilər?
Mövzu ilə bağlı TED.az-a danışan İKT eksperti Kamil Məmmədov bildirib ki, bu, internetin həmin məkana hansı şəkildə gəlməsi və necə paylanmasından asılıdır: "Hazırda heç bir texnologiya Wi-fi ilə paylanan interneti nə qarışdıra, nə də poza bilər. Adi köhnə televizorun internet dalğasını korlaması isə inandırıcı görünmür. Televizordakı impuls interneti kəsə biləcək qədər yüksək deyil. Köhnə televizorlarda əsas təhlükəli məqam yüksək voltajın olmasıdır. Çünki ekranın işıqlanması üçün elektron buludlar yaranmalıdır. Onları “havaya qaldırmaq” üçün isə güclü voltaj lazımdır. Xətdə sızma ola və televizor yandıqda internet xəttinə elektrik gedə bilər. Sırf televizorun yaydığı dalğalarla internetin kəsilməsi mümkünsüzdür”.
Mikrodalğalı sobaların internetin işinə xələl gətirməsinə gəlincə, ekspert bildirib ki, bu radiodalğalarla işləyən sistemdən ibarətdir: “Radiodalğalar da sırf istilik yaradır. Onun internet sürətini dəyişəcəyini düşünmək doğru olmazdı. Çünki fərqli texnologiyalardır. Haradasa çatışmazlıq, kəsilmə ola bilər, amma Wi-Fi tezliyinə təsir edəcək qədər güclü deyil".
"Internet tezliyinə həmin diapazon, dalğa uzunluğundan istifadə edən avadanlıqların dalğası təsir edə bilər. Məsələn, jammer adlanan xüsusi avadanlıqlar var, dalğa ötürən yarımstansiyanın yaxınlığında olsanız belə, dalğanı qarışdırıb mobil telefona gəlməsinin qarşısını ala bilərlər. Ümumilikdə hər avadanlığın digərlərinə müəyyən qədər təsiri var. İnternet kabelləri quraşdırarkən yüksək gərginlikli elektrik xətlərinin yaxınlığından çəkməməyə çalışırıq. Çünki maqnetik sahə yaranır. Bu isə ötürülən paket və dataları müəyyən mənada yavaşlada bilir. Amma məsələyə bu şəkildə don geyindirmək mənasızdır. Sadəcə elektrik qaçağı olar və açıq yerdən internet xəttinə təmas edə bilər. Burada qeyri-adi nəsə yoxdur ", - deyə İKT eksperti Kamil Məmmədov söyləyib.
Günel QURBANOVA
Texnologiya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











