Nobel mükafatı onlayn təqdim ediləcək
Stokholm və Osloda ənənəvi Nobel mükafatlarını təqdimetmə mərasimləri bu il keçirilməyəcək.
TED.az xarici KİV-ə istinadən xəbər verir ki, Nobel Fondunun nümayəndələri bu qərarı koronavirus pandemiyası ilə əlaqədar olaraq qəbul edilib.
Hər il Nobel mükafatının təqdim olunması münasibətilə tədbirlər mükafatın banisi Alfred Nobelin vəfat etdiyi gün - dekabrın 10-da Stokholm və Osloda keçirilir.
Onun vəsiyyətinə görə, Nobel Sülh Mükafatı istisna olmaqla, bütün mükafatlar hər il Stokholmda laureatlara təqdim edilir. Nobel Sülh Mükafatı Norveçin paytaxtı Osloda təqdim olunur.
Lakin Stokholmda fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat və iqtisadiyyat sahələrində laureatlara ənənəvi olaraq mükafatların təqdim edilməsi koronavirus böhranı ilə əlaqədar baş tutmayacaq. Bunun əvəzində laureatlar internet vasitəsilə mükafatların kiçik təqdimetmə mərasiminə qoşulacaqlar.
Oslo şəhər ratuşunda Nobel Sülh Mükafatının verilməsi ilə bağlı ənənəvi tədbir də ləğv edilib.
Norveç Nobel Komitəsinin qərarına əsasən, bu il mükafatlandırma mərasimi Oslo Universitetində məhdud formatda keçiriləcək.
Qeyd edək ki, daha əvvəl koronavirus pandemiyası ilə əlaqədar təqdimat mərasiminin digər ənənəvi hissəsinin - Nobel ziyafətinin ləğv edilməsinə qərar verilib.
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











