Bu startaplar xeyli gəlir qazana bilərlər – “Bazardakı boşluğu çoxu görür, amma...”
“Hazırda trend xidmət sektorları üzrə startap yaratmaq deyil. Əsas olan startaplara dəstək olacaq startapın mövcudluğudur”.
Bu sözləri TED.az-a açıqlamasında Peşəkar startapının təsisçisi Nail Seyidov deyib.
O, Azərbaycanda əsas boşluqların müşahidə olunduğu startap mühiti barədə danışarkən bildirib ki, ölkəmizdə artıq əksər xidmət sektorları üzrə startaplar yaradılıb və fəaliyyətə başlayıblar: “Sadəcə yeni yarandıqları üçün bazarı bir müddət sonra dolduracaqlar. Hələlik müəyyən kəsrləri var. Hazırda trend xidmət sektorları üzrə startap yaratmaq deyil. Əsas olan startaplara dəstək olacaq startapın mövcudluğudur. Bu, data analizi ilə bağlı ola bilər. Çünki bütün yeni yaradılan şirkət və startaplara data lazım olur. Bununla onlar öz fəaliyyətlərini tənzimləyə, gələcəklərini qura bilirlər. Ölkəmizdə data sahəsinin çatışmazlıqları çoxdur. Kibertəhlükəsizlik sektorunda startap yaradılsa, həm digərlərinə dəstək olar, həm də öz fəaliyyətini yaxşı istiqamətə aparar və xeyli gəlir qazanar. Üçüncü ən yararlı sahələrdən biri isə oyun sektorudur. Məsələ dəfələrlə qabardılsa da hələ ki, dirçəlmədən söz gedə bilməz. Bu istiqamətli startaplar ölkəmizdə xeyli uğur qazana bilərlər”.
Onun sözlərinə görə, startapçıların bu sektorlara təşviq edilməsi üçün real tədbir indiki vəziyyətdə mümkünsüzdür: “Virtual maarifləndirmə işləri aparıla, bu sahələr üzrə boşluqlar göstərilə bilər. Bəlkə, çox bacarıqlı gənclər bunu boşluq kimi görmürlər, yaxud bazardan lazımi qədər geri dönüş ala bilməyəcəklərini düşündükləri üçün çəkinirlər. Bu mövzular üzrə maarifləndirmə işləri aparılsa, data, kibertəhlükəsizlik üzrə boşluqlar qabardılsa, insanlar bu istiqamətə yönələr. Oyun üzrə boşluq olduğunu isə çoxları görür. Sadəcə developerlərin olmaması marağı azaldır. İlk növbədə ölkədə yaxşı developerlər yetişdirilməli, daha sonra yaxşı maarifləndirmə işlərinə üstünlük verilməlidir”.
Lamiyə SÜLEYMANLI
Startaplar bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












