Növbəti ilin telefon trendləri – Smartfonlar kölgədə qalacaq
“Yaxın 1 il ərzində telefon bazarında Xiaomi modellərinə üstünlük veriləcək. Çünki bütün detalları ucuzdur”.
Bu sözləri TED.az-a açıqlamasında telefon satışı üzrə mütəxəssis İlkin Quluzadə deyib.
O, yaxın bir il ərzində Azərbaycanda trend olacaq telefon modelləri barədə danışarkən bildirib ki, hazırda ən çox alınan telefonlar Xiaomi Note 9 və 9C modelləridir: “Bunlardan başqa, kütləvi şəkildə alınan smartfon görməmişəm. Fikrimcə, elə yaxın 1 il ərzində də Xiaomi modellərinə üstünlük veriləcək. Çünki onların bütün detalları ucuzdur”.
İ.Quluzadə vurğulayıb ki, ümumiyyətlə, telefon modellərini əsasən qiymət və RAM-ı trendə çevirir: “Çünki insanlar məhz bu kateqoriyalara görə seçim edirlər. Məsələn, Samsung A71-in RAM-ı 6, yaddaşı isə 128-dir. Sözügedən smartfonun qiyməti 900 manatdır. Amma Xiaomi Note 9 Pro eyni - 6 RAM,128 GB yaddaş göstəricilərinə malik olsa da, qiyməti 500-600 manat civarındadır. Yəni, qiymətlərində bu qədər fərq olsa da, göstəriciləri oxşardır. Üstəlik, Xiaomi smartfonunun çəkilişi də Samsung-la müqayisədə yaxşı səviyyədədir. İnsanlar RAM-a çox üstünlük verirlər. Oyun sektorunun da telefon trendlərinə təsiri çoxdur. Məsələn, trend modelləri alanların 90%-i isə PUBG oynayanlardır”.
Onun fikrincə, növbəti ildə düyməli telefonlar da trend ola bilər: “Belə olsa, yəqin, bu modellərə yeni funksiyalar əlavə olunacaq. Çünki hazırda gün ərzində ən azı 20 nəfər Nokia 1202 modelini istəyir. Çoxu deyir, qiyməti nə qədər olsa da, ödəniş etməyə razıyam, təki mənim üçün ondan bir dənə tapın. Bunun nə ilə bağlı olduğunu bilmirəm. Bəlkə də, insanlar artıq telefonlardan bezməyə başlayıblar və bu yaxın vaxtlarda özünü büruzə verəcək”.
Lamiyə SÜLEYMANLI
Texnologiya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











