AZ

Fortnite-nin ardınca Netflix, Spotify və Tinder də Google Play-dən silinə bilər 

31540e5143cd93b5908c97bcacdf1b58.jpg
26.09.2020 10:35

Google tezliklə Google Play-dən kənar ödəmələri qəbul etməyə imkan verən boşluqları bağlayaraq onlayn Android tətbiq mağazası üçün qaydaları sərtləşdirəcək. 

 

TED.az xəbər verir ki, bu barədə Bloomberg nəşri məlumat yayıb.

 

Məlumatda Google-un gələn həftə yeni qaydalar tətbiq edəcəyi qeyd olunub. Şirkət əksər tətbiqlərin və oyunlar içərisindəki ödənişli məzmunu, həmçinin yenilənmələri və abunəlikləri yükləmək üçün Google-un ödəmə sistemindən istifadə etmələrini tələb edəcək.

 

Bu, şirkətin Android-də ödənişlərin qanuni şəkildə 30%-ni alacağını təmin edəcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox