AZ

Türkiyə Dəniz Qoşunları üçün yeni raket istehsal edəcək

f8545e2c5fe87d9ef922240f51f8ab9d.jpg
29.09.2020 13:30

Türkiyənin Müdafiə Sənayesi naziri İsmail Demir qanadlı raket istehsalı ilə bağlı yeni açıqlama verib.

 

TED.az xəbər verir ki, nazir Atmaca modelinin son testlərindən birinin artıq tamamlandığını, yaxın vaxtda kütləvi istehsala başlanacağını qeyd edib.

 

Roketsan şirkətinin rəhbəri Murad İkinci isə bildirib ki, Atmaca qanadlı roketi 250 kilometrə qədər yol qət edə, dənizə çox yaxın məsafədən uça bilir. Yeni model ölkədə bu istiqamətli xarici istehsalı əvəzləyəcək və xüsusilə də Dəniz Qüvvələri üçün istifadə ediləcək: “Modelin quru qoşunlarında xidmət edəcək versiyası üzərində də işlər gedir. Atmaca torpaq ərazidə atılan raketləri məhv etmək imkanına sahib olacaq”.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox