Metatesk startapı “Forbes 30 Under 30 Summit”də Azərbaycanı təmsil edir
19–22 aprel tarixlərində Amerika Birləşmiş Ştatlarının Arizona ştatının Finiks şəhərində keçirilən nüfuzlu “Forbes 30 Under 30 Summit” tədbirində Azərbaycanı təhsil texnologiyaları sahəsində fəaliyyət göstərən “Metatesk” startapı təmsil edir. Startap tədbirdə 6 nəfərlik heyətlə iştirak edir.
“Forbes 30 Under 30 Summit” dünyanın müxtəlif ölkələrindən olan gənc liderləri, sahibkarları və innovatorları bir araya gətirən, qlobal miqyasda ideya və təcrübə mübadiləsi üçün mühüm platformalardan biridir. Tədbir çərçivəsində iştirakçılar innovasiya, texnologiya, biznes və sosial təsir sahələrində ən son tendensiyalarla tanış olur, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirirlər.
“Metatesk” startapının bu nüfuzlu platformada iştirakı Azərbaycanın gənclərinin innovasiya potensialını, texnologiya sahəsində əldə etdikləri nailiyyətləri və ölkəmizin qlobal startap ekosistemində mövqeyinin güclənməsini nümayiş etdirir.
Qeyd edək ki, “Metatesk” VR və süni intellekt texnologiyalarını birləşdirərək təhsili daha interaktiv və immersiv hala gətirən innovativ edtech platformadır.
Startapın tədbirdə iştirakı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Texnologiya bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















