AZ

VPN-i sildikdən sonra belə, şəxsi məlumatlarınız təhlükə altındadır – Bəs nə etmək lazımdır?

343b9bedc24d04de7251cb12e9477dc8.jpg
06.10.2020 14:40

“VPN tətbiqlərini telefondan sildikdən sonra oradakı məlumatların kənara sızdırılma ehtimalı var. Bunun üçün tətbiqi telefondan və ya kompüterdən silmədən öncə lisenziyalı antivirus proqramı ilə təmizlənməlidir”.

 

Bu sözləri TED.az-a açıqlamasında telekommunikasiya üzrə mütəxəssis Kamil Məmmədov deyib.

 

O, həmçinin bildirib ki, VPN istifadə edərkən bank əməliyyatları edilən tətbiqlərdən istifadə təhlükəlidir. Ən azından VPN-i bağlayaraq bank əməliyyatlarını etmək lazımdır: “VPN-in istifadə olunması heç də yaxşı hal deyil. Çünki tətbiq yüklənildiyi zaman telefonda bəzi icazələr istəyir. Bu zaman da telefona giriş mümkün olur. Hətta kart məlumatlarınıza belə daxil ola bilərlər. Hər bir ölkənin özünün İP ünvanı olur. Hazırda hökümət bizim ölkəyə ayrılan İP ünvana bəzi məhdudiyyətlər tətbiq edib ki, bu İP dən gələn heç nəyin geri çıxışı olmasın. Biz isə VPN yükləyərək başqa ölkədəki hansısa bir serverin abonenti oluruq. Həmin serverin İP ünvanının üzərindən Feysbuk, WhatsApp, İnstaqram kimi sosial şəbəkələrə daxil oluruq. Bu zaman sizin telefonunuzda olan bütün məlumatların həmin VPN-i yaradan şirkətin tam olaraq əlinə keçmək ehtimalı var. Məsləhət görürük ki, ümumiyyətlə istifadə olunmasın. Bu, həddən artıq təhlükəlidir. Kompüterdən qoşulduğunuz zaman isə həm özünüzü, həm də internet aldığınız provayderi təhlükə altına salırsınız. Çünki hər bir internet provayderin  özünə ayrılmış müəyyən rəng aralığında İP ünvanları var. Dünyanın istənilən ölkəsində, həmçinin də Azərbaycanda hər bir internet istifadəçisi hansı sayta daxil olubsa, onlar hamısı əsas mərkəzi sistemdə bloklanır. Bu baxımdan provayder üçün də, provayderə qoşulan digər abonentlər üçün də təhlükə yaranır. Çünki siz kanala birbaşa yol açmış olursunuz”.

 

Günel QURBANOVA

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox