Səkkiz ölkə Ayda tədqiqatlar aparacaq
ABŞ və daha yeddi ölkə - Avstraliya, Kanada, Yaponiya, Luksemburq, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri NASA-nın Artemis müqaviləsini imzalayıb.
TED.az xarici KİV-ə istinadən xəbər verir ki, NASA (Milli Aeronavtika və Fəza Administrasiyası) Ay tədqiqatlarını vahid çərçivəyə salmağı hədəfləyən beynəlxalq platforma olaraq düşünülən Artemis müqaviləsi üzərində çalışmaları barədə hələ may ayında, Dövlət Departamenti və Milli Fəza Şurası ilə Ay tədqiqatlarına dair qaydalar hazırladıqlarından sonra elan etmişdi. Proqram çərçivəsində Aya tədqiqat robotları və astronavtlar, o cümlədən ilk dəfə qadın göndərmək, Aydan torpaq və buz nümunələrini gətirmək də nəzərdə tutulur.
Artemis müqaviləsinin yekun sənədində Ayda mədənçilik fəaliyyəti, Ay səthinə dair ziddiyyətlərin aradan qaldırılması yolları kimi məsələlərə dair qaydalar təsbit olunub.
İmzalama mərasimindən əvvəl mətbuatla görüşü zamanı NASA rəhbəri Cim Braydenstayn (Jim Bridenstine) başlıca hədəflərinin Ay tədqiqatlarına dair hər kəsi vahid platformada toplamaq, habelə bununla bağlı gələcəkdə anlaşılmazlıqların, ziddiyyətlərin qarşısını almaq olduğunu qeyd edib: “Biz hər ölkənin razılaşa biləcəyi müəyyən davranış normalarını bərqərar etməyə çalışırıq”.
Artemis müqaviləsinə maraq göstərən daha bir sıra ölkə ilə danışıqlar aparıldığı, bu ölkələr arasında fəza tədqiqatları sahəsində liderlərdən olan Rusiya və Çinin olmadığı da diqqətə çatdırılıb.
Artemis müqaviləsi üçün rəhbər müddəaların 1967-ci ildə imzalanmış Xarici Fəza Sazişində yer aldığı da bildirilib. Həmin sənəd fəza tədqiqatlarının yalnız dinc məqsədlərə xidmət etməsi, fəzada kütləvi qırğın silahlarının yerləşdirilməməsi, yaxud Ayın ayrı-ayrı dövlətlərin suverenliyinə daxil edilməməsi kimi prinsipləri nəzərdə tutur.
Elm bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











