Azərbaycan Ordusunun “Vampir”i düşmənin qanını içməsə də, bir komplekti 70 hektar ərazisini yox edir
Ən müasir silahlar və hərbi texnika ilə təchiz olunan Azərbaycan Ordusunun silahlanmasında müxtəlif təyinatlı reaktiv yaylım atəş sistemləri yer alıb.
TED.az-ın məlumatına görə, Çexiya istehsalı olan RM-70 Vampir reaktiv yaylım atəş sistemlərinin əsas xüsusiyyətlərindən biri də budur ki, üzərində olan 40 raketdən əlavə olaraq, yerləşdiyi şassinin üzərində quraşdırılmış unikal hidravlik sistem sayəsində 80 belə raketi qısa bir müddət ərzində düşmənə ata bilir. Keçmiş SSRİ istehsalı olan əfsanəvi 122 mm-lik BM-21 Qradın cəmi 40 raketi varsa, RM-70 “Vampir”lərin əlavə olaraq 40 raket də ehtiyatında mövcuddur. Əsas buraxılış konteynerində raketlərin atışı başa çatdıqdan sonra həmin hidravlik sistem daha 40 raketi paket halında buraxılış konteynerinə yükləyir və bu proses cəmi 1 dəqiqə vaxt aparır. Beləliklə, “Vampir” 3-4 dəqiqə ərzində düşmənə 80 raket zərbəsi endirməyə qadir olur və eyni zamanda çevik şəkildə ərazini tərk edərək düşmənin cavab zərbəsindən yayınmış olur. Bir komplekti (40 raket) 70 hektar ərazini məhv etməyə qadirdir.
Silah ilk dəfə olaraq Paris ətrafında keçirilən “Eurosatory 2016” sərgisində nümayiş etdirilib.
Sistemin raketlərinin hədəfə çatma müddəti 2.5 dəqiqə, maksimum atış məsafəsi 20,38 km-dir.
RM-70 “Vampir” səkkizoxlu, zirehli, Tatra T-818 şassisi üzərində quraşdırılıb. Bu şassi yüksək sürət qabiliyyətinə və dolu yanacaq çənləri ilə dayanmadan 1000 kilometrə qədər məsafə qət etmək imkanına malikdir. Bu şassi düz yerdə 85 km/saat, qrunt yolda isə 35 km/saat sürətlə hərəkət edir.
Günel QURBANOVA
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











