Tvitter BU QAYDALARI dəyişir
Tvitter haklanmış məlumatların yayılmasına dair siyasətinə dəyişiklik edir.
TED.az xəbər verir ki, bundan sonra hakerlər və ya onlarla əlbir olanlar tərəfindən paylaşılanlar istisna olmaqla haklanmış məlumatlar silinməyəcək, linklər isə bloklanmayacaq. Həmçinin paylaşılan linkləri bloklamaq əvəzinə mənbəni qorumaq üçün paylaşımlar işarələnəcək.
Belə ki, şəbəkədə hüquqi məsələlərin kuratoru Vicayə Qadde öz hesabından məsələyə dair məlumat verib: “Son 24 saatda biz dünən haklanan materiallar siyasətimizi necə həyata keçirdiyimizə dair tənqiddən tutmuş dəstəyədək xeyli rəylər almışıq. Həmin rəylərə nəzər yetirdikdən sonra biz bu siyasətimizə dəyişiklik etmək qərarına gəldik. Niyə? Biz bir çox istənməyən nəticələr ola biləcəyi barədə narahatlığımızı Tvitter-in ictimai ünsiyyətə xidmət etmək məqsədinə zidd yollarda olan jurnalistlərə, fitnəkarlara və başqalarına ünvanlamaq istəyirik”.
Qeyd edək ki, 2018-ci ildən Tvitterdə şəxsi məlumatları qorumaq üçün bütün haklanmış materiallar dərhal silinirdi. Bu günlərdə Tvitter və Feysbuk New York Post-da dərc olunan bir məqalənin yerləşdirilməsinə məhdudiyyətlər tətbiq ediblər. Həmin məqalədə Demokrat Partiyasının prezidentliyə namizədi Co Baydenin oğlu Hanter ilə Ukraynanın Burisma qaz şirkətinin rəhbəri Vadım Pojarski arasında hüquqdan kənar işgüzar əlaqələri üzə çıxaran bəzi məktublar açıqlanır. Həmin məqalə dərc ediləndən sonra hazırkı respublikaçı Prezident Donald Tramp Co Baydeni yalan danışmaqda və korrupsiyaya bulaşmaqda ittiham edib.
Respublikaçılar Partiyası da bu məqaləyə tətbiq etdiyi məhdudiyyətə görə Tvitteri kəskin tənqid edib.
Texnologiya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











