AZ

Elon Musk Marsda qurulacaq ilk bazanın yerini açıqladı 

d5c4a9df5337118c66bd894382102eb9.jpg
17.10.2020 22:48

Tesla və SpaceX-in sahibi və baş direktoru, milyarder Elon Musk Marsda qurulacaq baza barədə açıqlama verib.


TED.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, E.Musk-ın sözlərinə görə, artıq bazanın yeri dəqiqləşib. 


Növbəti dörd il ərzində Marsa ilk Starship uçuşunun gerçəkləşdiriləcəyini bildirən milyarder birtərəfli Mars səfərlərinin mümkünlüyündən də söz açıb. 


Baş direktor onu da qeyd edib ki, Marsdakı ilk baza planetin ən şimal nöqtəsində yerləşəcək.

Elm bölməsindən digər xəbərlər

Daha çox